Icma.az
close
up
RU
Banqladeşin “Məkkə sazişi”nə qoşulması nəyi dəyişə bilər? RƏY

Banqladeşin “Məkkə sazişi”nə qoşulması nəyi dəyişə bilər? RƏY

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Banqladeşin Məkkə Birgə Müdafiə Sazişinə qoşulmaq ehtimalı Asiyada və müsəlman dünyasında təhlükəsizlik arxitekturasının dəyişdiyini göstərən mühüm siqnaldır”. 

Analitik Tural İsmayılov bunu Bakıvaxtı.az-a daşışarkən bildirib.   

“Banqladeşin marağının arxasında bir neçə amil dayanır. İlk növbədə Dəkkə müdafiə imkanlarını şaxələndirmək və Türkiyə ilə Pakistanın hərbi sənaye və texnologiya potensialından daha geniş yararlanmaq istəyir. Son illərdə Banqladeşin Türkiyə ilə müdafiə əməkdaşlığını genişləndirməsi və Pakistanla hərbi-texniki əlaqələri inkişaf etdirməsi bu marağın təsadüfi olmadığını göstərir. Digər tərəfdən Səudiyyə Ərəbistanı Banqladeş üçün yalnız siyasi tərəfdaş deyil, həm də əmək miqrasiyası, pul köçürmələri və iqtisadi əlaqələr baxımından mühüm ölkədir. Lakin Dəkkənin qarşısında ciddi geosiyasi dilemma da var. Banqladeş ənənəvi olaraq müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlər saxlamağa çalışır”. 

Müsahibimiz hesab edir ki, "Məkkə sazişinə qoşulmaq Banqladeşi Hindistan, Çin, ABŞ və Yaxın Şərqdəki rəqabətlərin daha mürəkkəb olduğu təhlükəsizlik mühitinə gətirə bilər:

“Xüsusilə Pakistanın iştirak etdiyi hərbi mexanizmə Banqladeşin qoşulması Hindistanda diqqətlə izlənəcək. Əgər Banqladeşdən sonra digər müsəlman ölkələri də Sazişə qoşularsa, prosesin siyasi çəkisi daha da artacaq. Bu halda söhbət artıq üç ölkənin müdafiə anlaşmasından deyil, kollektiv çəkindirmə, kəşfiyyat mübadiləsi, müdafiə sənayesi, hərbi texnologiyalar və birgə təhlükəsizlik mexanizmləri formalaşdıran daha geniş platformadan gedə bilər. Türkiyənin müdafiə sənayesi, Pakistanın hərbi təcrübəsi və Səudiyyə Ərəbistanının maliyyə imkanları belə bir strukturun əsas dayaqları ola bilər. Amma bunu dərhal “müsəlman NATO-su” adlandırmaq da doğru olmaz. Sazişin hələ NATO-dakı kimi inteqrasiya olunmuş komandanlıq, vahid hərbi struktur və uzun illər ərzində formalaşmış institusional mexanizmləri yoxdur”.

Sazişlə bağlı əsas məsələyə diqqət çəkən analitik onu da əlavə edib ki, Məkkə sazişinin genişlənməsi müsəlman ölkələrinin təhlükəsizlik məsələlərində daha çox öz imkanlarına və regional tərəfdaşlıqlara söykənmək istəyini nümayiş etdirə bilər:

“Banqladeşin mümkün qoşulması isə bu prosesin Yaxın Şərqdən Cənubi Asiyaya keçdiyini və yeni təhlükəsizlik xəritəsinin artıq yalnız bir regionla məhdudlaşmadığını göstərəcək”.

Xatırladaq ki, avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan "Məkkə sazişi" adlandırılan yeni üçtərəfli müdafiə sazişini imzalayıblar. Sazişin əsas müddəası kollektiv müdafiə prinsipidir. Sənədə əsasən, üç dövlətdən birinə qarşı edilən silahlı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. 

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Avqust 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri