Banqladeşin paytaxtında beynəlxalq hava limanında yanğın olub
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Banqladeşin paytaxtı Dəkkədə yerləşən Şahcalal Beynəlxalq Hava Limanının yük terminalında yanğın baş verib.
APA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində hava limanının fəaliyyətinə müvəqqəti fasilə verilib.
Hava limanının rəsmisi Masudul Həsən bildirib ki, təhlükəsizlik məqsədilə əməliyyatlar dayandırılıb. Banqladeş Yanğınsöndürmə və Mülki Müdafiə Departamentinin nümayəndəsi Talha Bin Zasim isə yanğının söndürülməsinə 36 yanğınsöndürmə briqadasının cəlb olunduğunu deyib.
Yanğının səbəbi barədə hələlik məlumat verilməyib.
Baxış sayı:51
Bu xəbər 18 Oktyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















