Icma.az
close
up
RU
Baqramyanın son təbriki və 6 müəmmalı mərmi Həzi Aslanova kimlər mane oldu?

Baqramyanın son təbriki və 6 müəmmalı mərmi Həzi Aslanova kimlər mane oldu?

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanovun doğum günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

13 yaşında atasını itirib. Ev başsız qalıb deyə Həzi qollarını çırmalayıb işə girişib. Əvvəl kərpic zavodunda fəhlə işləyib, sonra isə onu Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndəriblər.

Komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilən Həzi qısa müddət Zaqafqaziya hərbi hazırlıq məktəbinin “rota qəzeti”nin redaktoru olub. 1937-ci ildə isə Ukrayna SSR-in Obruç şəhər sovetinin deputatı seçilib.

1933-cü ildə həyat yoldaşı Xavər xanımla Lənkəranın Gərmətük qəsəbəsində tanış olurlar. Xavər xanım xatirələrində həmin günü belə qeyd edib: “1933-cü ilin yazı idi, alça ağacının gül açan vaxtı idi. Pəncərə önündə oturmuşdum. Birdən gördüm bir hərbiçi mənə baxır. İki gündən sonra mənə elçi gəldi. Onlar məni Həzi üçün istədilər”. Həzi Aslanov 1933-cü ildə ailəsini də özü ilə Obris şəhərinə aparır. Onun Xavər xanımla evlilikdən 1934-cü ildə Tofiq, 1938-ci ildə Arif adlı oğlanları dünyaya gəlir.

Həzi Aslanov hərbçi kimi zəhmli və sərt olsa da, onu tanıyanlar Həzinin həddən artıq zarafatcıl və yumor hisli olduğunu, tez-tez zarafatlar etdiyini söyləyiblər.

32 yaşında Sovet İttifaqı Qəhrəmanı, 34 yaşında general olub. 1983-cü ildə Azərbaycan televiziyasının sifarişi ilə M.Bağırov Həzi Aslanov barədə film çəkir. (General haqqında ilk filmini o, 1967-ci ildə çəkib). Filmin baxışında iştirak edən veteranlarla görüş zamanı ilk dəfə olaraq Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunması barədə məlumat səslənir. Xatırladaq ki, Stalinqradın azad olunmasında Azərbaycan xalqının yetirdiyi böyük sərkərdə Həzi Aslanovun müstəsna xidmətləri olub.

1945-ci ildə bütün müttəfiq Respublikalarda Müdafiə Nazirlikləri yaranan zaman, Mircəfər Bağırov onu Azərbaycanın Müdafiə Naziri təyin etmək haqqında fikir bildirib. Həmin vaxt Nazirlər Sovetinin sədri olan Teymur Quliyev bildirib ki, hazırda müharibə gedir, Həzi Aslanova icazə verməzlər, o, döyüşdədir. Bağırov Stalinə zəng edib Həzi Aslanovun Azərbaycana gəlməsi üçün icazə alır.

Onu ilk təbrik edən SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan olur. O Həzi Aslanova deyir “Həzi, səni təbrik edirəm, sən sabah Azərbaycan Kommunist Partiyasının sərəncamına getməlisən, səni Azərbaycana müdafiə naziri təyin edirlər. Ancaq sabah biz hücuma hazırlaşırıq. Mən istərdim ki, sən özün hücumu planlaşdırasan”. Həzi təklif edir ki, almanlardan qənimət götürülən altılüləli minamyot orta cinahda yerləşdirilsin və düşmənə atəş açsın. Səhərisi gün Həzi Aslanov Bakıya getməli idi. Onun bir yük maşını vardı, dincəlmək üçün həmin maşını yaşayış otağına çevirmişdi. Ora gedir, çəkmələrini çıxarır ki, rahatlansın. Aradan 20-25 dəqiqə keçməmiş o altılüləli minamyotdan çıxan altı mərmi Həzi Aslanovun olduğu maşına dəyir.

Həzi Aslanov 1941-ci ildə Tulada bütün ailə üzvlərini itirən bacı-qardaşın ağladığını görür. Uşaqların kimsəsiz qaldığını öyrənən Həzi niyə uşaqları uşaq evinə aparılmadığını soruşur. Ona uşaq evində yer olmadığı deyilir. Bütün işini-gücünü atıb uşaqları özü uşaq evinə aparır və yerləşdirir. Tez-tez bu uşaqlara baş çəkir. Bir gün qız ağlayaraq Həzi Aslanovu qucaqlayıb qardaşının öldüyünü bildirir. O, dərhal tapşırıq verib ki, bu qıza baxın, məktəbi bitirsin, universitetə daxil olsun. Həmin qız indi Almaniyda yaşayır, akademikdir.

Başqaları tankda lyuku örtüb hücuma keçəndə, Həzi Aslanov maşında oturub gedirmiş. O, özünü Allahın saxladığı insan kimi hiss edirmiş, ölümdən qorxmurmuş. Akademik Samsonova görə, Aslanov inanırdı ki, o, ölə bilməz.

Həzi Aslanov yaralı olduğu zaman həkimi, hadisənin şahidi olan 35-ci həkim-sanitar xidmətinin komandiri mayor Georgi Beqişvili qeyd edir ki, yardıma gətirilən zaman Həzi Aslanov huşsuz olub. O, sağ böyrək ətrafından ağır zədə almışdı. Çoxlu qan itirən generala Beqişvili donorluq edir və onun qanını Həzi Aslanova köçürürlər:

"Bir qədər sonra general özünə gəldi. Vəziyyəti getdikcə yaxşılaşırdı. Səhəri gün artıq vəziyyəti xeyli yaxşılaşmışdı. Biz qərara gəldik ki, onu bizdən cəmi 900 metr aralıda yerləşən səhra hospitalına göndərək. İki saat müddətində biz generalı səhra hospitalına çatdırdıq". Həzi Aslanov 24 yanvar 1945-ci ildə Mitava şəhəri yaxınlığında müəmmalı şəraitdə həlak olur.

Xalq artisti Eldar Quliyevin xatirəsi anıldı Divar - Sartrın hekayəsi Nəyə lazım hamı bilə, sevirəm səni - Balaş Azəroğlu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Fevral 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri