Barbadosun Baş naziri Azərbaycana səfərə gəldi
Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Barbados Respublikasının Baş naziri Mia Amor Mottley noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Publika.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

