Icma.az
close
up
RU
“Barbie”nin yaradıcıları “OpenAI” ilə əməkdaşlıq edərək ağıllı oyuncaqlar hazırlayacaq

“Barbie”nin yaradıcıları “OpenAI” ilə əməkdaşlıq edərək ağıllı oyuncaqlar hazırlayacaq

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 iyun, AZƏRTAC

“Barbie” gəlincikləri və bir çox məşhur uşaq oyuncaqları ilə tanınan “Mattel” şirkəti “ChatGPT” dil modelini yaratmış “OpenAI” ilə əməkdaşlığa başladığını elan edib.

AZƏRTAC Mattel şirkətinin rəsmi məlumatına istinadla xəbər verir ki, tərəflər süni intellekt texnologiyalarını oyuncaqlarla birləşdirərək uşaqlar və ailələr üçün daha ağıllı və interaktiv əyləncə məhsulları yaratmağı planlaşdırırlar.

“Məhsullarımızın hər biri azarkeşlərimizi ilhamlandırmaq, tamaşaçıları əyləndirmək və oyun vasitəsilə həyatı zənginləşdirmək məqsədi daşıyır. Süni intellekt isə bu missiyanı daha da genişləndirməyə və brendlərimizin daha maraqlı və innovativ şəkildə təqdim olunmasına imkan verir”, - deyə “Mattel”in françayzinq üzrə direktoru Coş Silverman bildirib.

Hazırda şirkətlər birgə süni intellekt əsaslı bir neçə yeni məhsul üzərində işləyirlər. Bu oyuncaqlar “Mattel”in mövcud populyar brendləri əsasında hazırlanacaq. Bununla yanaşı, təhlükəsizlik, şəxsi məlumatların qorunması və yaşa uyğunluq məsələləri əsas prioritetlərdən biri olacaq. Lakin ilin sonuna qədər təqdim olunacağı gözlənilən bu yeni oyuncaqlar barədə hələlik ətraflı məlumat verilməyib.

Qeyd edək ki, bu yaxınlarda Yaponiyanın “Bandai Namco” şirkəti də “Tamagotchi” oyuncaqlarının tamamilə yenilənmiş versiyasını təqdim edib. Yeni nəsil “Tamagotchi”lər daha geniş funksiyalara malik olacaq, rəngli ekran və fırlanan disklə təchiz ediləcək. Virtual ev heyvanına qulluq konsepsiyası isə artıq bütöv bir ekosistem səviyyəsinə qaldırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyun 2025 06:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see490

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see203

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see168

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see134

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see134

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see133

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see130

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see130

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see128

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see127

“Aynadaki yabancı” da uğursuz oldu

09 Noyabr 2025 14:17see126

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see126

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see126

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see124

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see123

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see122

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see121

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see121

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see120

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri