Icma.az
close
up
RU
“Barda olmamışam, stadiona getmişəm” “Kəpəz”in baş məşqçisi

“Barda olmamışam, stadiona getmişəm” “Kəpəz”in baş məşqçisi

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Kəpəz” Misli Premyer Liqasının 33-cü turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzub.

“Qafqazinfo” xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gənc futbolçulara şans verdiyim üçün çox sevinirəm. Bəlkə də onlar Azərbaycan futbolunun gələcək simaları olacaqlar. Öz üzərlərində çox çalışmalıdırlar. Oyuna gəldikdə, uşaqlar döyüşdülər, bacardıqlarını etdilər. Hər birinə təşəkkür edirəm. Biz gələndə “Kəpəz”in 6 oyunda 6 məğlubiyyəti var idi. Belə vəziyyətdə komandanı götürmək çətin idi. 12 legioner transfer olunmuşdu. Bunun fonunda komandanı Premyer Liqada saxladıq. Klubda çalışan hər kəsə təşəkkür edirəm.

- Bu gün meydanda olan gənc oyunçulardan kimləri xüsusi qeyd edərdiniz?

- Şahnur İsmayılovla Raul Hüseynlini vurğulamaq istərdim. Bacarıqlı futbolçulardır. Daha çox çalışmalıdırlar. Çünki artıq üzərlərində diqqət var. 

- “Kəpəz”dən ayrılıb “Şamaxı”ya keçəcəyiniz deyilir. Bu barədə fikirlərinizi bildirə bilərsiniz?

- Bu barədə danışmaq istəmirəm. Klubun rəsmi hesablarında məlumat veriləcək. Ümid edirəm ki, hər şey Azərbaycan futbolu üçün uğurlu olar.

- Oyun bitəndən sonra azarkeşlər sizə qarşı şüarlar səsləndirdi. Sizə haqsızlıq edildiyini düşünmürsünüz?

- Futbolda belə şeylər var. Anlaşılmazlıqlar həmişə olub. Azarkeşlərdən razıyam. Gəncə azarkeşləri futbolu bilirlər. Rəhbərliklə də heç bir problemim yoxdur. Klubdan mənə qalmaq təklifi olunmuşdu. Beynimdə müəyyən məsələlər var. Hər şey üçün zaman lazımdır. Klubun etdiyi təklif builkindən yaxşı idi. 

- Klubun sizə daha yaxşı təklif etdiyini dediniz. Bəs niyə razılığa gələ bilmirsiniz?

- Doğruluğun və verdiyim sözün üstündə durmağın tərəfdarıyam. Daim “Kəpəz” azarkeşlərini sevindirmək istəmişəm. Büdcə buna imkan verməyəcəksə, azarkeşlərin yanında əlacsız durumda olacağam.

- “Şamaxı”nın oyununu izləməyiniz xoş qarşılanmadı. Bununla bağlı nə deyə bilərsiniz?

- Biz futbol adamıyıq. Səhər tezdən məşqimiz yüksək səviyyədə keçmişəm. Özüm də uşaqlarla futbol oynadım. Qəbələdə evim var. Düşündüm ki, gedib orada futbola baxım. Qəbələdə bir gün qalıb sonra Bakıya gəlmişəm. İfadəmə görə üzr istəyirəm, barda olmamışam ki... Futbol adamıyam, stadionda olmalıyam da. Sabah başqa oyuna baxa bilərəm.

- Klub rəhbərliyi ilə münasibətiniz necədir?

- Adil Vəliyevlə, Fərman müəllimlə çox yaxşı münasibətimiz var. Bəzi məsələlər var ki, bilinmir. Belə olanda qərar vermək çətindir. Düşünürəm ki, hər şey yaxşı olar.

- Rəhbərlik qarşınıza avrokuboklara vəsiqə tələbi qoyub?

- Xeyr. Məsələ tək büdcə deyil. Bir komandanı formalaşdırmaq üçün ən azı 3 il vaxt lazımdır. Çempion olaq, avrokuboklara vəsiqə qazanaq, amma nə ilə?

Qeyd edək ki, A. Bağırov Misli Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən “Qəbələ”-“Şamaxı” (3:1) matçını stadiondan izləyib. Onun mövsüm sonunda Gəncə təmsilçisindən ayrılıb “Şamaxı”ya gedəcəyi iddia olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 May 2026 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri