Icma.az
close
up
RU
Barəsində cinayət işi açılmış şəxslərə MƏHDUDİYYƏT

Barəsində cinayət işi açılmış şəxslərə MƏHDUDİYYƏT

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanda barəsində cinayət işi açılmış şəxslər və hətta onların qohumlarına dair bəzən belə bir məhdudiyyət də tətbiq olunur: etibarnamə vermə imkanı yasaq edilir. Yəni şəxs notariusa etibarnamə təsdiqlətmək üçün gələndə notarius imtina edir”.

Metbuat.az-ın məlumatına görə, bu barədə hüquqşünas Əkrəm Həsənov sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, kimsə notariuslara belə bir göstəriş verir:

“Kim? Məhkəmə? İnanmıram. Çünki belə bir məhdudiyyətin qoyulması absurddur və qanuna ziddir. Məhkəmə qərarları dərc olunur, buna görə də hansısa hakimin belə özbaşınalığa yol verə bilməsi inandırıcı deyil. Ən azı reputasiyası baxımından. Böyük ehtimalla bu qanunsuz göstərişi qeyri-rəsmi olaraq hüquq mühafizə orqanları verir, notariuslar da əsassız olaraq ona əməl edir. Bu tədbir o qədər antihüquqidir ki, heç bilmirəm nə deyim”.

Ə.Həsənov qeyd edib ki, hətta azadlıqdan məhrum edilmiş ən qatı cinayətkar belə etibarnamə vermək hüququna malikdir:

“Kiminsə bu hüquqdan məhrum olunması mülki hüquq qabiliyyətindən məhrum edilməsi deməkdir. Sanki o, kölədir, quldur! Mülki Məcəllənin 25-ci maddəsinə əsasən: 1) mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir; 2) hər kəsin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır; 3) insanın hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir; 4) insan hüquq qabiliyyətindən məhrum edilə bilməz. İnsanın hansısa hüququ varsa, qanunla başqa hal nəzərdə tutulmayıbsa, onun həyata keçirilməsini etibarnamə əsasında başqasına həvalə edə bilər. Etibarnamə verə bilmirsə, deməli, heç bir hüququ da yoxdur, dediyim kimi, quldur, kölədir”.

“Ən əsası isə mən başa düşmürəm ki, bununla nəyə nail olmaq istəyirlər? Hansısa əmlakının satılmasının qarşısını almaq istəyirlər? Bunun qanuni yolu var: həmin əmlaka məhkəmə qərarı əsasında həbs qoydurmaq olar. Yəni məhdudiyyət konkret olmalıdır, ümumi yox. İndi isə belə çıxır ki, şəxs hətta məhkəmədə onu təmsil etmək üçün vəkilə də etibarnamə verə bilmir. Bu biabırçılıqdır”, - deyə hüquqşünas əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Noyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see213

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see209

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see200

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see188

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see181

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see173

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see160

Gülnarə Xəlilovanın kolleksiyaları Rumıniya Parlament Sarayında təqdim olunub dizayner nüfuzlu mükafata layiq görülüb FOTO

03 Noyabr 2025 18:46see151

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see140

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see139

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see138

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see136

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see135

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see128

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see128

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see124

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see123

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri