Icma.az
close
up
RU
Barmaidlikdən Roma taxtına Ciorcia Meloninin yükəlişi

Barmaidlikdən Roma taxtına Ciorcia Meloninin yükəlişi

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

2022-ci il İtaliyanın parlament seçkilərində sağçı millətçi "İtaliya Qardaşları" partiyasının sədri Ciorcia Meloni qalib gəldi. Bununla da o, İtaliya tarixində baş nazir vəzifəsinə təyin olunan ilk qadın oldu. 

"İtaliya Qardaşları” partiyası isə II Dünya müharibəsindən bu yana seçilən ən qatı sağçı partiya hesab olunur. 

Baş nazir Meloni 13 noyabr 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfər edib. Bundan əvvəl, 5 sentyabr 2024-cü ildə Romada Azərbaycan Prezidenti İlham Əliyevlə Ciorcia Meloni arasında görüş keçirilib.


Meloni II Dünya müharibəsindən sonra keçmiş faşist diktator Mussolini tərəfdaşlarının yaratdığı İtalyan Sosial Hərəkatı (Movimento Sociale İtaliano - MSİ) təşkilatına qoşulanda 15 yaşında olub. Daha sonra - 1994-cü ildə bu təşkilat Milli Aliyans (Alleanza Nazionale - AN) adlanıb. O, AN-ın "Gənclər Cəbhəsi” adlanan qolunda fəaliyyət göstərib. Meloninin müəllimlərindən olan, köhnə MSİ-nin üzvü Marko Marsilio yazırdı ki, o, kiçik yaşdan etibarən mübarizə aparmağı öyrənməli olub. Bu da onun xarakterini formalaşdıran amillərdəndir. Hazırda Marsilio Abruttsonun (İtaliyada regional rəhbərliklərdən biri) prezidentidir.

MSİ-da həm kişilərin dominantlığına, həm də yaşının azlığına görə Meloni özünü isbatlamaq məcburiyyəti hiss edirdi. Eyni zamanda o, təşkilatı "ikinci ailəsi” sayır və bu haqda "Mən Ciorciayam” bioqrafiyasında yazırdı. 


Ciorcianın anasına ilham verən aclıq

Ciorcia Meloni 15 yanvar 1977-ci ildə Romada anadan olub. Meloni anası Anna Paratore tərəfindən Romanın işçi sinifi məhəllələrindən birində, Qarbatelloda böyüdülüb. Atası o, uşaq olarkən ailəsini tərk edib. Anna isə ailəsini dolandırmaq üçün bir neçə yerdə işləyib. O, eyni zamanda yazıçılıqla da məşğul olub. 2022-ci ildə "Dipiu” jurnalına müsahibə verən Anna deyib ki, o, "Jasie Bell” və "Amanda King” imzaları ilə sevgi romanları yazıb. Üslubu fərqli olduğuna görə tez bir zamanda tanınıb və oxucuları tərəfindən sevilib. Annanın dediklərinə görə, onun yaradıcı ruhu aclıqdan gəlir. O, verdiyi müsahibədə "aclıq təxəyyülü atırır” ifadələrini işlədib. 

Meloni də anası kimi gənclik illərində bir neçə yerdə çalışmağa məcbur olub. O, Romada, məşhur "Piper” klubunda barmaid (barda işləyən və müştərilərə içki xidməti göstərən qadın işçi) olaraq da çalışıb. 


"İtaliya Qardaşları” – Tanrı, ailə və vətən

2012-ci ildə Meloni və Milli Alyansın vəzifəli şəxsləri - İqnazio La Russa və Qvido Krosetto - "İtaliya Qardaşları”nı təsis edir. Partiyanın adı İtaliyanın dövlət himninin açılış bəndindən götürülüb və loqosunda əvvəlcə MSİ-ın istifadə etdiyi üçrəngli alov əks olunub. Partiyanın 2013-cü il parlament seçkilərindəki nəaliyyəti diqqətə layiq olmayıb və Meloni yalnız 2014-cü ildə partiyanın sədri seçilib.

"İtaliya Qardaşları”nın ən geniş istifadə olunan sloqanı "Tanrı, ailə və vətən”dir. Sosioloq Edoardo Novellinin yazdıqlarına görə, bu sloqan xristian kimliyə, ənənəvi ailə modelinə və öncəliklə İtaliyan yurdsevərlərdən formalaşan millətə əsaslanır.

Meloni 2016-cı ildə Roma bələdiyyəsinə namizədliyini irəli sürsə də, ikinci turdan keçə bilmir. Növbəti parlament seçkilərində, yəni, 2018-ci ildə "İtaliya Qardaşları” partiyası 4 faiz səs toplasa da, bu, 2013-cü illə müqayisədə artım hesab olunur. Həmin ilin seçkilərində isə ən çox səs toplayan "Beş Ulduz Hərəkatı” partiyası olur. Bundan sonra Cüzeppe Konte baş nazir təyin olunur və "Liqa” partiyası ilə birlikdə koalisiya hökuməti qurulur.

2019-cu ildə "İtaliya Qardaşları” Avropa Parlamentinə seçkilərdə səslərin 6 faizindən çoxunu qazanır və həmin il Meloninin Romadakı "Mən Corcia, mən qadınam, mən anayam, italyanam, mən xristianam. Bunu məndən ala bilməzsən!" çıxışı böyük sensassia yaradır. 


Meloninin yüksəlişi

Siyasi ittifaqların parçalanması və koalisiya daxilində yaranan etimadsızlığa görə baş nazir Cüzeppe Konte 2021-ci ilin yanvarında istefa verir. Yeni hökumətə isə Mario Draqi rəhbərlik etməyə başlayır. Həmin illərdə Meloni, fəaliyyətini genişləndirir, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ictimai profilini gücləndirməyə davam edir. O, 2022-ci ildə neofaşist "Vox” partiyasının təşkil etidyi mitinqdə "Cinsi kimliyə bəli, LGBT lobbisinə yox... Gender ideologiyasına yox...İslamın şiddətinə yox...” ifadələrini işlədir. Bu isə LGBTQ+ icmasında və məişət zorakılığına qarşı mübarizə aparan qurumlarda narahatlıq yaradır. 

Bununla bağlı həmin qurumların rəhbərlərindən biri Oria Garganon "Euronews”a verdiyi açıqlamada Meloninin qadın haqlarını inkar etdiyini, aborta qarşı çıxdığını deyib. Onun sözlərinə görə, Meloni İtaliyanın hər yerində abortla öldürülən döllər üçün baş daşında analarının adları yazılan qəbristanlıq tikmək istəyir. Hətta Meloninin demokratiya əleyhdarı olduğunu da deyirlər. O, isə bütün bu ittihamlara baxmayaraq siyasi fəaliyyətinə davam edir. 

Həmin günlərdə koronavirus pandemiyası qlobal miqyasda yeni mərhələyə keçməkdə idi. Draqi İtaliyanı pandemiyanın ən pis günlərindən çıxarsa da, siyasi rəqabətlər tezliklə güclənir və onun koalisiyası dağılır. O, 2022-ci ilin iyulunda istefa verir və növbədənkənar seçkilərin keçirilməsini istəyir. Meloni Draqi hökumətinin əsas sağ təmayüllü müxalifətçisi olduğundan, seçkilərə bir neçə ay qalmış digər sağçı partiyalar onun ətrafında birləşir. Yerdə qalan partiyalar isə güclü koalisiya yarada bilmir. Nəticədə 2022-ci il növbədənkənar parlament seçkiləri zamanı "İtaliya Qardaşları” partiyası 26 faizlə birinci olur. Ciorcia Meloninin rəhbərliyi ilə 22 oktyabr 2022-ci ildə yeni hökumət qurulur.


Baş nazir Ciorcia Meloni

Baş nazir Meloni İtaliyaya vədlər versə də, bəzilərinin fikrincə "İtaliya Qardaşları” ölkəyə yenilik gətirməyəcək. Bu haqda Boloniya Universitetinin professoru Piero İgnazi yazır. Onun sözlərinə görə, bu partiya faşizmin maskalanmış versiyasıdır, heç bir təkamül yoxdur, sadəcə melodiya dəyişdirilib və neofaşizmin tarixi mövzuları daha cəlbedici formaya salınıb. 

2022-ci ildəki növbədənkənar seçkilər bir il sonraya planlaşdırılırdı – İtaliyada parlament seçkiləri beş ildən bir keçirilir. Meloni isə 2023-cü ildə keçiriləcək seçkilərə əsasən partiyanı faşist mənşəyindən uzaqlaşdırmağa çalışırdı. O, "İtaliya Qardaşları”na radikal bəyanatlar verməkdən və faşizmə istinad etməkdən çəkinməyi göstəriş verirdi. Bununla yanaşı, o, Üçüncü Reyxin qəbul etdiyi "Hitler salamı” ilə demək olar ki, eyni olan "Roma salamı”nı istifadə etməyi qadağan etdi. 


Bütün bu addımlar əlbəttə bir sual doğurur: "İtaliya Qardaşları” həqiqətən faşizmin maskasıdırmı? 

Görəsən o "İslamın şiddətinə yox” dedikdə nəyi nəzərdə tuturdu? Azərbaycanın İslam ölkəsi olması zahirən Bakı-Roma münasbətlərinə zərər vermir. Bəs "maskalanma” ifadəsi doğrusdursa, münasibətlərə kölgə düşə bilərmi? Bu suallar hələ ki, açıq qalır.

Meloni avtobioqrafiyasında uşaqlığının və ailəsinin siyasi fikirlərinə təsir etdiyini yazıb. Bəlkə də Ciorcia İtaliyadan, ailəsində görmədiyi birlik-bərabərliyi arzulayır. Yuxarıda dedik ki, o, özünü kişilərin dominant olduğu bir yerdə sübut etməyə çalışırdı. Bəlkə bunun səbəbi psixoloji olaraq atası ilə bağlıdır? Bəlkə Meloni özünü MSİ təşkilatındakı kişi həmkarlarına ona görə sübut etməyə çalışırdı ki, onu atası kimi atıb getməsinlər?...

Meloni artıq özünü sübut edib. Növbə İtaliyanındır. İndi isə İtaliya, bir qadının dominant olduğu hakimiyyətdə onun ideyalarını tətbiq edərək özünü sübut etməlidir.


Ağarza Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyul 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri