Barrak: Suriya və İsrail sülh müqaviləsi imzalaya bilər
Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Barrak "Reuters" xəbər agentliyinə açıqlamasında diqqətə çatdırıb ki, rəsmi Vaşinqton sülh müqaviləsinin imzalanacağına inanaraq, bu məqsədlə aparılan danışıqları alqışlayır. Onun sözlərinə görə, sülh prosesinin ilk mərhələsində ölkələrin bir-birinə qarşı hücumdan imtina paktı razılaşdırılmalı, eyni zamanda, sərhədlər dəqiq müəyyənləşdirilməlidir.
İsrail və Suriya birbaşa danışıqlara başlayıb
Dünən "Reuters" xəbər agentliyinə danışan regional kəşfiyyat mənbələri bildirmişdilər ki, Suriyada keçən il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən bəri rəsmi Dəməşq və Tel-Əvivin birbaşa danışıqlara başlayıb. Danışıqlar sərhəd boyu gərginliyi səngitmək, münaqişənin qarşısını almaq məqsədi daşıyır. Hərçənd mənbələr danışıqların əhatə dairəsi və cari vəziyyəti ilə əlaqədar hər hansı təfərrüat verməyiblər. İsrail və Suriya da "Reuters"in yaydığı bu xəbərə rəsmi şərh verməyib.
Xatırladaq ki, keçən ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsinin ardınca İsrail Silahlı Qüvvələri bu ölkə ilə sərhəddə, habelə onun daxilində hərbi əməliyyatlara başlayıb. Rəsmi məlumata görə, bu əməliyyatların yeganə məqsədi İsrail dövlətinin və xalqının təhlükəsizliyi qorumaqdır.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

İsrail və HƏMAS sülh müqaviləsi imzalayacaq?
16 Aprel 2025 11:31
Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalaya BİLƏR
06 Fevral 2025 10:04
Suriya və İsrail gizli görüşür
07 May 2025 20:22
İsrail və Suriya danışıqlar aparıb
27 May 2025 22:46
İsrail Suriya ərazisində irəliləyir
11 Dekabr 2024 18:59