“Barsa” Reşforda görə pul xərcləməyə hazırdı
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
“Barselona” rəhbərliyi “Mançester Yunayted”dən icarəyə götürdüyü Markus Reşfordun müqaviləsini tam şəkildə almağa hazırdı. “The Sun” xəbər verir ki, Kataloniya klubu ingiltərəli hücumçunun çıxışından razıdır və transfer məbləğini sərfəli hesab edir.
Razılaşmaya əsasən, “Barselona” “Mançester Yunayted”ə 29 milyon avro sabit ödəniş, 6 milyon avro isə əlavə bonus verəcək. Əvvəlcə klub rəhbərliyi Reşfordun icarəyə götürülməsi qərarına şübhə ilə yanaşsa da, onun sabit çıxışı fikri dəyişib və daimi transfer qərarını dəstəkləyib.
27 yaşlı hücumçu cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla 10 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib. “Transfermarkt”da onun dəyəri 40 milyon avrodu.

