Icma.az
close
up
RU
“Barsa”dan inanılmaz geridönüş, “Real”dan əzmkar qələbə

“Barsa”dan inanılmaz geridönüş, “Real”dan əzmkar qələbə

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

La Liqada mövsüm tədricən gözlənilən axara düşür. Belə görünür ki, növbəti dəfə sona qədər “Barselona” ilə “Real” arasında amansız çempionluq mübarizəsi izləyəcəyik.

Kataloniya nəhəngi “Atletiko” üzərində parlaq qələbə qazanmaqla bu komandanın şansını xeyli azaltdı.
“Atletiko” ilə ÇL oyununda hədsiz güc sərf edən “Real” çempionat oyununda da qələbə qazana bildi. Belə düşünmək olardı ki, yorğunluq Ançelottinin komandasına “Estadio-de-la-Seramika”da mane ola bilər. Özü də “Real” bu stadionda La Liqa çərçivəsində son 8 ildə qələbə qazanmamışdı. Ancaq “kral klubu”nun oyunçuları xarakter göstərdi.
Oyuna yaxşı başlayan “Vilyarreal” artıq 7-ci dəqiqədə hesabı açdı. “Real” isə elə ilk təhlükəli vəziyyəti qola çevirdi. Qapıçı Diasın zərbəsini qaytarsa da, Mbappe dönən topa birinci çatdı. Cəmi 6 dəqiqə sonra fransalı ulduz topu cərimə meydançasının xətti üzərindən sağ “9-luğ”a vurmaqla dublunu rəsmiləşdirdi. Ardından fasiləyə qədər qarşılıqlı hücumlar davam etdi, ancaq azarkeşlər daha qol görmədi. Fasilədən sonra oyuna qoşulan Barri hesabı bərabərləşdirmək imkanını qaçırdı.
Madridlilər isə 2-ci hissədə uzun müddət gözləmə mövqeyi tutdu. Onlar yalnız Vinisius meydana çıxandan sonra canlandılar. Onun sol cinahla reydləri “sarılar”a ciddi problem yaradırdı. Meydan sahibləri sona qədər döyüşdülər. 83-cü dəqiqədə Peres qapıçı meydançasının xətti üzərindən “çərçivə”yə düşə bilmədi. Qələbə hesabını qoruyan “Real” zirvəyə yüksəldi. Ardıcıl 2-ci oyunda uduzan “sarılar” isə 4-cü yer uğrunda mübarizədə vəziyyətini çətinləşdirdi.
Bu mövsüm “Atletiko” ilə “Barselona” arasındakı oyunlarda inanılmaz dramatiklik yaşanır. Üç oyunun hər birində komandalar fərqlənib, sonluq isə gərgin keçib. Hərçənd ilk yarıda heç nə sonrakı qol yağışından xəbər vermirdi. “Barsa” müəyyən ərazi üstünlüyünə malik olsa da, qol vəziyyətlərinin sayı o qədər də çox deyildi. Qonaqlar iki dəfə fərqlənə bilərdi, ancaq Yamalla Levandovskinin zərbələrindən sonra qapı çatı Oblakın köməyinə çatdı. “Atletiko” isə nadir şanslarından birindən fasilə ərəfəsində yararlandı – Qrizmann ilə Simeone Alvaresi əla zərbə mövqeyinə çıxardı.
2-ci hissənin əvvəlində fəal Yamal topu dirəyin bir neçə santimetrliyindən vurdu. Sonradan oyuna qoşulan Sörlot 70-ci dəqiqədə fərqi artıranda hər kəsə elə gəldi ki, intriqa bitdi. Görünür, bu məqam “hindular”ı da arxayınlaşdırdı. Halbuki fevraldakı kubok oyununda da iki qol buraxan “Barsa” sonradan bu komandanın qapısına 4 dəfə yol tapmışdı.
Həmin ssenari yenə təkrarlandı. Cəmi iki dəqiqə sonra mövsümdə 22-ci qolunu vuran Levandovski fərqi azaltdı. Torres isə bərabərliyi bərpa etdi. Sən demə, uzatma dəqiqələrində meydan sahiblərini daha pis aqibət gözləyirmiş. Yamalın vurduğu zərbə zamanı top Reynildodan səkərək tora düşdü. Son saniyələrdə isə Torres dublunu rəsmiləşdirdi.
Möhtəşəm geridönüş reallaşdıran “Barsa” zirvəni “Real”ın əlindən aldı. Flikin komandası “Real”ı əlavə göstəricilərdə qabaqlayır, üstəlik ehtiyatda bir oyunu da var. “Atletiko” isə itirilməyən xalları da nəzərə alsaq, artıq liderdən 7 xal geri qalır.
“Atletik” və “Betis” səfərdə qələbə qazandı. Basklar “Sevilya”nın qapısından bir top keçirdi, “Leqanes” üzərində superəzmlar qələbə qazanan “xiyarlar” isə 5-ci pilləyə yüksəldi. Düzdü, onlarla eyni xala malik olan “Vilyarreal”ın ehtiyatda bir oyunu var. “Real Sosyedad” “Rayo Valyekano” ilə səfər oyununda xal itirdi. Autsayderlərdən “Las Palmas”la “Alaves” şəxsi dueldə heç-heçə etdi. “Jirona” – “Valensiya” oyununda da bərabərlik qeydə alındı. Avrokuboklar vəsiqəyə can atan “Selta”nın aşkar autsayder “Valyadolid” üzərindəki səfər qələbəsi heç kimi təəccübləndirmədi. “Malyorka” evdə “Espanyol”a, “Xetafe” səfərdə “Osasuna”ya qalib gəldi.
Tura yekun vurarkən bir məqamı da qeyd etməliyik: qonaqlar 6 meydan sahibləri 1 oyunda qalib gəldi, 5 əzmkar qələbə qeydə alındı!
28-ci tur
Atletiko – Barselona 2:4

Alvares, 45. Sörlot, 70 – Levandovski, 72. Torres, 78; 90+8. Yamal, 90+2. (67602)
Atletiko: Oblak, Reynildo, Lanqle, Le Norman, M.Lyorente, Lino (Qallaher, 60), Simeone (Ximenes, 79), Barrios, De Paul (Molina, 79), Qrizmann (Rikelme, 86), Alvares (Sörlot, 60).
Barselona: Şensnı, Balde (Martin, 86), Martines, Kubarsi, Kunde (Arauxo, 86), Pedri (Qavi, 90+4), Kasado (E.Qarsiya, 67), Rafinya, Olmo (Torres, 67), Yamal, Levandovski.
Vilyarreal – Real 1:2
Foyt, 7 – Mbappe, 17; 23. (20559)
Real: Kurtua, F.Qarsiya, Asensio (Rüdiger, 61), Çuameni, Vaskes, Dias (Vinisius, 61), Kamavinqa, Valverde (Gülər, 83), Mbappe, Bellingem, Rodriqo (Modriç, 65).
Las Palmas – Alaves 2:2
F.Silva, 90-p. Moleyro, 90+5 – Martines, 7. Quridi, 63. (17566)
Valyadolid – Selta 0:1
Alonso, 83-p. (17521)
Malyorka – Espanyol 2:1
Asano, 65. Muriqi, 90+7-p. – Muriqi, 53-öz qapısına. (18240)
Jirona – Valensiya 1:1
Stuani, 64 – D.Lopes, 58. (10262)
Leqanes – Betis 2:3
Raba, 29; 44 – İsko, 64-p. Bakambü, 78. Ernandes, 82. (11691)
Sevilya – Atletik 0:1
Yeray, 84. (37016)
Rayo Valyekano – Real Sosyedad 2:2
Trexo, 58. Dias, 72 – Subimendi, 20. Marieskurrena, 80. (12634)
Osasuna – Xetafe 1:2
Budimir, 45-p. – Terrats, 55; 71. (19611)
1. Barselona 27 19 3 5 75-27 60
2. Real 28 18 6 4 59-27 60
3. Atletiko 28 16 8 4 46-22 56
4. Atletik 28 14 10 4 46-24 52
5. Betis 28 12 8 8 38-35 44
6. Vilyarreal 27 12 8 7 49-38 44
7. Malyorka 28 11 7 10 28-34 40
8. Selta 28 11 6 11 41-41 39
9. Rayo Valyekano 28 9 10 9 31-31 37
10. Sevilya 28 9 9 10 32-37 36
11. Xetafe 28 9 9 10 25-23 36
12. Real Sosyedad 28 10 5 13 25-30 35
13. Jirona 28 9 7 12 36-41 34
14. Osasuna 27 7 12 8 33-39 33
15. Espanyol 27 7 7 13 26-39 28
16. Valensiya 28 6 10 12 31-46 28
17. Alaves 28 6 9 13 32-42 27
18. Leqanes 28 6 9 13 26-43 27
19. Las Palmas 28 6 7 15 32-47 22
20. Valyadolid 28 4 4 20 18-63 16
Bombardirlər: Levandovski (Barselona) – 21, Mbappe (Real) – 18, Budimir (Osasuna) - 14, Rafinya (Barselona), Sanset (Atletik) – 13.
Növbəti turun oyunları martın 28-31-i aralığında keçiriləcək: Atletik – Osasuna, Real Sosyedad – Valyadolid, Espanyol – Atletiko, Alaves – Rayo Valyekano, Real – Leqanes, Xetafe – Vilyarreal, Barselona – Jirona, Valensiya – Malyorka, Betis – Sevilya, Selta – Las Palmas.
Turun rəqəmi
31 – dubl edən Mbappe cari mövsümdə “Real”ın heyətində bütün turnirlərdə vurduğu qol sayını bu həddə çatdırdı. O, debüt mövsümündə qol sayı baxımından braziliyalı Ronaldonu arxada qoydu. Ümumiyyətlə, onun bütün turnirlərdə 44 oyuna çıxdığını da xatırladaq.
Turun ulduzu
Ferran Torres (Barselona) – bəli, Mbappe də bu tur dubl etdi. Ancaq fransalı ulduz kimin qapısından iki top keçirdi, Flikin cokeri kimin?! Yəni “Vilyarreal”la “Atletiko” arasında fərq böyükdü.
Turun sitatı
Tibo Kurtua, “Real”ın qapıçısı:

“Qulaq asın, bu ki anormal haldı: cərşənbə günü 120 dəqiqə oynayırıq, sonra isə şənbə günü 19.30-da meydana çıxırıq. La Liqanın rəhbərliyinin üç top-klubun eyni gündə oynamasını sevmədiyini bilirəm. Ancaq bu bəzən vacib olur. İngiltərədə dəfələrlə olub. Hesab edirəm ki, bu, komandamıza hörmətsizlikdi. Az dincəldiyimizə görə kimsə zədələnə bilərdi. İngiltərədə olduğu kimi, biz də bazar günü oynaya bilərdik”.


Oyundan sonra
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“Rəqibi təbrik edirəm. Bəxt də onun üzünə güldü. Düşünmürəm ki, bizdə yorğunluq əlaməti var idi, dəyişikliklər hesabına enerjini bərpa etdik. Hesabın 2:0 qalması çətin idi. Rəqib dərhal fərqi azaltdı, bu isə “Barselona” kimi güclü, yaxşı komandaya əlavə özünəinam dozası verdi. Mən Ximenesi meydana buraxanda gecikdim. Onu biz 2-ci qolu vurandan dərhal sonra oyuna qoşmalıydım. Futbol səhvləri bağışlamır. Həmin an Ximenes meydana çıxmalıydı, doğru zaman seçmədim. O, meydana çıxanda tabloda hesab artıq 2:2 idi”.


Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Məşqçiləri çıxmaq şərti ilə azarkeşlər və hər kəs üçün əla oyun oldu. Vacib 3 xal qazandıq, komandamdan çox razıyam. Biz heç vaxt təslim olmuruq, bu gün futbolçular bunu bir daha göstərdilər. Belə qısa zaman kəsiyində “Atletiko”ya 4 qol vurmaq parlaq uğurdu”.


Faktlar
* “Barsa” bütün turnirləri əhatə edən məğlubiyyətsiz oyunlar seriyasını 18-ə çatdırdı. Onlar bu müddətdə 15 qələbə qazanıb, 3 dəfə heç-heçə edib. Almaniyalı mütəxəssisin komandası sonuncu dəfə ötən il dekabrın 18-də “Atletiko”ya uduzub (1:2).
* Levandovski cari mövsümdə bütün turnirlər çərçivəsində keçirdiyi 40-cı oyunda qol sayını 35-ə çatdırdı. Polşalı hücumçu “Barsa”nın heyətində son 4 mövsümdə 35 və daha artıq qol vura bilən ilk futbolçudu. Sonuncu dəfə bunu Messi 2020/21 mövsümündə bacarıb (47 oyunda 38 qol).
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:389
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Mart 2025 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri