Icma.az
close
up
RU
“Barsa”nın ABŞ dəki oyunu ləğv olundu

“Barsa”nın ABŞ dəki oyunu ləğv olundu

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

La Liqa çərşənbə axşamı 17-ci turun “Vilyarreal” – “Barselona” oyununun dekabrın 20-də Mayamidə keçirilməsi ilə bağlı ideyadan əl çəkdiyini elan etdi. Belə çıxır ki, İspaniya çempionatının 9-cu turunda bununla bağlı qeydə alınan kütləvi etirazlar bəhrə verdi?

"Football-plus.az" xəbər verir ki, La Liqa oktyabrın 21-də içində izahatın yer aldığı rəsmi məktub yayıb. Həmin məktubdan belə aydın olur ki, oyun Amerika tərəfindən olan promouterlərin xahişi ilə ləğv olunub:

“La Liqa dərin təəssüf hissi ilə bildirir ki, İspaniya futbolunun beynəlmiləlləşməsi üçün tarixi və presedentsiz imkan yaradacaq bu layihə gerçəkləşməyəcək. Rəsmi oyunun ölkəmizin xaricində keçirilməsi turnirin qlobal inkişafı baxımından həlledici addım olacaq, klubların beynəlxaq populyarlığını, oyunçuların statusunu artıracaq, İspaniya futbolunu strateji cəhətdən vacib olan ABŞ bazarında önə çıxaracaqdı. Bu layihə milli federasiyanın reqlamentinə tam uyğun gəlirdi, turnirin vahidliyinə xələl gətirmirdi. Bunu səlahiyyətli orqanlar da təsdiqləmişdi. Etirazlar başqa şərtlərlə bağlıdı. Dünyadakı rəqabətin artdığı, İngiltərə premyer-liqasının və ya Çempionlar Liqasının nüfuz dairəsini, maliyyə əzəmətini yüksəltdiyi məqamda belə təşəbbüslər İspaniya futbolunun böyüməsi və dayanıqlılığın möhkəmlənməsi üçün hədsiz vacibdi. Bundan imtina yeni gəlir mənbələri yaratmağa mane olur, klubların investisiya qoymaq və rəqabət aparmaq imkanlarını məhdudlaşdırır, İspaniya futbolunun beynəlxalq potensialını aşağı salır”.

Bəs La Liqanın sonuncu – 9-cu turunda bu ideya ilə bağlı nələr yaşanıb? İlk növbədə onu vurğulayaq ki, La Liqanın rəhbərliyi, xüsusən də Xavyer Tebas bu oyunun ölkə xaricində təşkilini ikiəlli razı idi, bütün resursları işə salmaqla ABŞ-yə yollanmağı təbliğ edirdi, klublara təsir göstərməyə çalışırdı. Amma klublar qəti şəkildə bu ideyaya qarşı çıxırdılar və təbii ki, indi məmnundular. “Barselona”nın Vilyarreal əvəzinə Mayamiyə yollanması planı milli komandaların oyunları üçün yaranan fasilədə təsdiqlənib. Ondan dərhal sonra, yəni La Liqanın 9-cu turunda oyunların start fiti etirazlar üzündən gec səsləndi. Bütün komandaların kapitanları “vatsap”da ortaq çat açaraq bu etiraz aksiyasını razılaşdırıb. Onların arxasında Tebasın ideyaları ilə razılaşmayan Futbolçuların Həmkarlar İttifaqı dayanırdı: oyunçular ən azı bu mövzuda müzakirələrin, danışıqların təşkilini tələb edirdilər. Maraqlıdı ki, həmin çata bilərəkdən “Vilyarreal”la “Barselona”nın kapitanları dəvət olunmamışdı, yən maraqların toqquşması baş verməsin. Ancaq səs-küy dalğası "Barsa"nı da əhatə etdi: bu komandanın “Jirona” ilə oyununun ilk 15 saniyəsində “həyat dondu”. Canlı yayının rejissorları isə bu mənzərəni iqnor etdilər, hər dəfə stadionu helikopterdən çəkilən fərqli planda göstərdilər.
Ümumi narazılığı ifadə edən başqa addımlar da oldu. Məsələn, “Real”ın müdafiəçisi Dani Karvaxal ictimaiyyət önündə Tebasla münasibətləri aydınlaşdırmaq yolunu tutdu. “Kral klubu”nun kapitanının fikri:

“Oyunun Mayamidə keçirilməsi, sözsüz, yarışların nəticələrinin təhrif olunması deməkdi. Belə durum La Liqada çıxış edən bütün kıubların eyni şəraitdə yarışmasına imkan vermir”.


La Liqanın rəhbəri Xavyer Tebas belə sərt açıqlamanı cavabsız qoymadı:

“Fikrimcə, “Real”ın klub telekanalının ötən mövsüm boyunca yaydığı videoçarxlar yarışları hər şeydən çox saxtalaşdırır”. Karvaxal isə dialoqu sosial şəbəkə vasitəsi ilə davam etdirdi: “Salam, cənab Tebas. Reqlamentin pozulması turnir qaydalarının saxtalaşdırılmasıdı. “Real”ın kanalındakı videoçarxlarla bağlı çox söz deyə bilərsiz. Ancaq bu ideyanın qaydaları pozduğunu inkar edə bilməzsiz. Oyun Mayamidə keçirilsə, turnirin üzərinə ləkə düşəcək”.


“Barsa”nın prezidenti Xuan Laporta da mübahisəyə qoşulub:

“Real” istədiyini danışmaqda azaddı, mən isə “Barselona”nın rəhbəriyəm və biz dekabrın 20-də Mayamidə oynayacağıq”.


Hər halda, ABŞ-də oyun olmayacaq. “Marca”nın yaydığı xəbərə inansaq, La Liqa Amerikadan olan promouterlərlə durumu müzakirə edəndən sonra son qərarını verib. Mayamidə oyun keçirmək ideyasının ləğvinə son həftələrdə İspaniyada bununla bağlı yaşanan qeyri-müəyyənlik təkan verib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri