Icma.az
close
up
RU
“Barsa”nın liderliyi şərti xarakter daşıyır

“Barsa”nın liderliyi şərti xarakter daşıyır

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Betis”lə oyunda iki dəfə önə çıxan, ancaq üstünlüyü əldən verən “Barselona” turnir cədvəlinin zirvəsində qərarlaşsa da, bu liderlik şərti xarakter daşıyır.

“Jirona”nı darmadağın edən “Real” itirilməyən xallara görə hamıdan irəlidədi. Hələ inanılmaz ssenari üzrə qələbə qazanan “Atletiko” da kataloniyalılara isti nəfəsini hiss etdirir.
Düşünmək olardı ki, “Malyorka”nı darmadağın edən “Barsa” yeni qələbə seriyasına başlayacaq. Ancaq Flikin komandası yenə də büdrədi. “Barsa” son 5 çempionat oyununun dördündə xal itirib. “Betis” də yaxşı durumda deyil, ancaq liderlə oyuna qeyri-adi motviyasiya ilə çıxdı. Pelleqrininin komandası 4 dəqiqə ərzində 4 künc zərbəsi yerinə yetirdi. Və bu zaman kəsiyində iki təhlükəli vəziyyət yaratdı. Rafinya Dieqo Lyorentenin zərbəsindən sonra topu qapı xəttindən çıxardı, Abdenin zərbəsi zamanı isə Penya komandasını xilas etdi.
Fasiləyə qədər yalnız bir təhlükəli vəziyyət yaradan qonaqlar onu da qola çevirdi. Kundenin ötürməsindən sonra Levandovski fərqləndi. 2-ci hissənin əvvəli də “Betis”in üstünlüyü şəraitində keçdi. 56-cı dəqiqəyə qədər sevilyalılar 4 qol vəziyyətini boşa verdi. Sonradan meydana çıxan De Yonq penaltiyə səbəbkar oldu və Lo Çelso tablodakı rəqəmləri eyniləşdirdi. Yamal qətiyyən heç-heçəyə razı deyildi. Məhz yeniyetmə istedad 82-ci dəqiqədə liderlik keyfiyyəti göstərərək qol təşkil etdi – Torresə yaxın məsafədən topu tora göndərmək qaldı. Ancaq qələbə hesabını qorumaq mümkün olmadı. Əslində “Betis” bu oyunda məğlubiyyətə layiq deyildi.
4-cü uzatma dəqiqəsində Diao dabanı ilə aşağı sol küncə effektli zərbə vurdu. Pelleqrininin əvəzetməsi işə yaradı: həm Diao, həm də ona ötürmə verən Ruibal sonradan meydana çıxmışdı. Bir neçə gün əvvəl “Atletik”ə uduzmaqla “Barsa”ya hədiyyə verən “Real”a bu dəfə kataloniyalılar eyni hədiyyəni verdi. “Ağ şimşəklər” yenə də potensial liderdi...
...çünki onlar səfərdə “Jirona”nı darmadağın etməyi bacardı. “Kral klubu” bir il əvvəl olduğu kimi, yenə də “Montilivi” stadionunda rəqib qapısından üç cavabsız top keçirdi. İlk yarının axarı heç də darmadağından xəbər vermirdi. Yüksək temp təklif edən “Jirona” fasiləyə qədər tempi qorudu. 36-cı dəqiqədə Bellingemlə hesabı açan “Real” 2-ci hissədə operativ şəkildə darmadağını rəsmiləşdirdi. Bellingemin ötürməsindən sonra Arda Gülər fərqi artırdı, bir neçə dəqiqə sonra Mbappe oyunda son nöqtəni qoydu. Beləliklə, “Real” “Barselona”nın büdrəməsindən lazımınca yararlandı. İndi itirilməyən xallara görə məhz madridlilər liderdi.
Hələ “Atletiko”nun da çempionluq ümidi artıb. “Hindular”ın “Sevilya” ilə ev oyununda tamaşaçılar dramatik anlara şahid oldu. Meydan sahibləri oyuna çox fəal başladı – Qrizmann topu tirə vurdu, onun daha bir təhlükəli zərbəsinin qarşısını qapıçı aldı, ancaq De Paul 10-cu dəqiqədə hesabı açdı. Komandalar fasiləyə yollananda hesab artıq 1:2 idi. Lukebaiko 12-ci, Romero 32-ci dəqiqədə Oblakı məyus etdi. 57-ci dəqiqədə “Atletiko”nun vəziyyəti bir qədər də pisləşdi. Xuanlu daha bir qol vurdu. Yəqin ki, həmin vaxt kimsə “Atletiko”nun möhtəşəm geridönüş edəcəyini düşünməzdi. Amma Simeone məhz belə düşünürdü. Qrizmann tezliklə fərqi minimuma endirdi. Baş məşqçi qoldan dərhal sonra Sörlotu, 75-ci dəqiqədə isə Linonu meydana buraxdı. Norveçli üç qol vəziyyətini “dəfn etsə” də, Lino 79-cu dəqiqədə hesabı bərabərləşdirə bildi. Tam öz qapısına doğru sıxılan “Sevilya” heç-heçə hesabını da qoruya bilmədi. 4-cü uzatma dəqiqəsində Linodan ötürmə alan Qrizmann qələbə topunu vurdu.
Turun qalan oyunlarına gəlincə, son 5 oyunda 4-cü qələbəsini qazanan “Real Sosyedad” 6-cı pilləyə yüksəldi. “Vilyarreal”a qalib gələn “Atletik” isə bütün turnirlər çərçivəsində məğlubiyyətsiz seriyasını 11 oyuna çatdırdı. “Selta” “Malyorka” üzərində inamlı qələbə qazandı. “Las Palmas” “Valyadolid”dən, “Rayo Valyekano” “Valensiya”dan üstün oldu. “Osasuna” – “Alaves” oyununda 4 qol vurulsa da, qalib müəyyənləşmədi. “Xetafe” “Espanyol”u məğlub etdi.
16-cı tur
Betis – Barselona 2:2

Lo Çelso, 68-p. Diao, 90+4 – Levandovski, 39. Torres, 82. (54749)
Barselona: Penya, Balde (Fort, 88), Martines, Kubarsi, Kunde, Olmo (De Yonq, 60), Kasado, Pedri (Qavi, 74), Rafinya (Torres, 60), Yamal, Levandovski (Viktor, 74).
Jirona – Real 0:3
Bellingem, 36. Gülər, 55. Mbappe, 62. (13827)
Real: Kurtua, Mendi (F.Qarsiya, 81), Rüdiger, Çuameni, Vaskes, Modriç, Valverde (Asensio, 81), Bellingem (Sebalyos, 61), Gülər (Yanyes, 89), Dias, Mbappe (Endrik, 81).
Atletiko – Sevilya 4:3
De Paul, 10. Qrizmann, 62; 90+4. Lino, 79 – Lukebaiko, 12. Romero, 32. Xuanlu, 57. (60065)
Atletiko: Oblak, Qalan, Lanqle (Vitsel, 79), Ximenes, M.Lyorente, Qallaher (Sörlot, 63), Barrios, De Paul (Koke, 63), Simeone (Lino, 75), Qrizmann, Alvares (Korrea, 75).
Leqanes - Real Sosyedad 0:3
Mendes, 14. Barreneçea, 78. Oyarsabal, 90+2. (11312)
Atletik Vilyarreal 2:0
Paredes, 15. İ.Uilyams, 69. (47203)
Selta – Malyorka 2:0
Alvares, 32. Aspas, 83. (22861)
Las Palmas – Valyadolid 2:1
Ramires, 21; 64 – Andre, 45. (21610)
Valensiya – Rayo Valyekano 0:1
Siss, 7. (40968)
Osasuna – Alaves 2:2
Budimir, 54. R.Qarsiya, 61 – K.Qarsiya, 1; 68. (18220)
Xetafe – Espanyol 1:0
Rodriges, 8. (7559)
1. Barselona 17 12 2 3 50-19 38
2. Real 16 11 3 2 34-13 36
3. Atletiko 16 10 5 1 30-11 35
4. Atletik 17 9 5 3 26-15 32
5. Vilyarreal 15 7 5 3 27-25 26
6. Real Sosyedad 16 7 3 6 16-11 24
7. Osasuna 16 6 6 4 22-25 24
8. Malyorka 17 7 3 7 16-20 24
9. Jirona 16 6 4 6 22-23 22
10. Selta 16 6 3 7 25-27 21
11. Betis 16 5 6 5 18-20 21
12. Sevilya 16 5 4 7 17-23 19
13. Rayo Valyekano 15 5 4 6 15-16 19
14. Las Palmas 16 5 3 8 22-27 18
15. Xetafe 16 3 7 6 11-13 16
16. Alaves 16 4 3 9 18-27 15
17. Leqanes 16 3 6 7 14-23 15
18. Espanyol 15 4 1 10 15-28 13
19. Valensiya 14 2 4 8 13-22 10
20. Valyadolid 16 2 3 11 11-34 9
Bombardirlər: Levandovski (Barselona) – 16, Rafinya (Barselona) - 11, Budimir (Osasuna) – 10, Mbappe (Real) – 9.
Turun rəqəmi
12 – “Atletiko” cari mövsümdə 90-cı dəqiqədə və daha gec vurduğu qolların sayını bu həddə çatdırdı. Simeonenin komandası son üç oyunda uzatma dəqiqələrində 4 dəfə fərqlənib.
Turun ulduzu
Antuan Qrizmann (Atletiko) – artıq bütün diqqətini klubuna yönəldən fransalı ulduz çətin anda “hindular”ın köməyinə çatdı. Dərhal fərqi minimuma endirməklə möhtəşəm geridönüşün əsasını qoydu, uzatma dəqiqələrində isə qələbə qolunu vurdu.
Turun sitatı
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“Mükəmməlləşmə prosesini davam etdirməliyik. Komanda şəklində çalışırıq. Sonradan meydana çıxanlar məni sevindirdi. Linonun qolu çov vacib idi. Qrizmann üçün ilk yarı o qədər yaxşı keçməsə də, qol vurmaq imkanı vardı. O, həmişə “Atletiko” üçün bütün bacarığını ortaya qoyur”.


Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Vacib oyun, vacib qələbə. Rəqib təzyiqi artıranda yaxşı dözdük. Biz hesabda irəli çıxanda vəziyyətə dahay yaxşı nəzarət edirik. İkinci hissəni çox yaxşı keçirdik, iki yaxşı qol vurduq. Nəticədən və oyundan razıyam”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri