Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

“Barsa”nın özündənrazı ulduzları bizi məhv edəcəklərini düşünürdülər”

“Barsa”nın özündənrazı ulduzları bizi məhv edəcəklərini düşünürdülər”

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Milan”ın əzəmətli tarixində iz buraxmış isimlərdən biri də Deyan Saviçeviçdi.

"Football-plus.az" xəbər verir ki, o, 1992-98-ci illərdə “rossonyerlər”in heyətində üç ölkə çempionluğu və bir ÇL olmaqla 7 titul qazanıb. Onun 1994-də ÇL-in finalında Kroyffun “Barselona”sı ilə oyunda aşırma zərbəylə vurduğu qol turnirin unudulmazları arasındadı. Hazırda 58 yaşlı Saviçeviç Monteneqro Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir. O, bugünlərdə İtaliyanın “Qazetta dello Sport” nəşrinə həm keçmiş, həm də indiki dönəmlə bağlı müsahibə verib.
- Kapello müsahibələrinin birində sizi karyerası ərzində birlikdə çalışdığı ən güclü oyunçulardan biri adlandırıb. Bu fikrə münasibətiniz necədi?
- Onun kimi məşqçidən belə sözlər eşitmək xoşdu. Amma düzünü desəm, ilk vaxtlar onunla aramızda problemlər var idi. Həmin “Milan”da güclü oyunçu çox idi. Mən ora gələndə artıq uşaq deyildim. Bir il öncə “Srvena Zvezda” ilə Çempionlar Kubokunu qazanmışdım. “Milan”da yaxşı hücum oyunçuları var idi. Üç niderlandlıdan başqa Papen və Lentini də komandada idi. İlyarımı uyğunlaşmaya sərf etdim. Dil, yemək, şəhər, yeni liqa, yeni futbolçular... Üstəlik fiziki cəhətdən də problemlər yaşayırdım. Hətta bəzən Belqrada dönmək barədə də düşünürdüm.
- Amma Berluskoni sizin tərəfinizdə idi və onun Kapello ilə söhbətindən sonra həmı üçün sərfəli olan çıxış yolu tapıldı.
- Bəli, vəziyyət yaxşıya doğru dəyişməyə başladı. Kapello səbrli şəkildə potensialımı açmağımı gözləyirdi. Ona görə də indi əminliklə deyə bilərəm ki, o, karyeramdakı ən güclü məşqçidi.
- Berluskoni 1994-dəki finaldan öncə sizə nə dedi?
- Məni həqiqətən də sevirdi. Finaldan əvvəlki gecə zəng vuraraq “Deyan, mən iki ilə yaxındı səni hər kəsdən qorumağa çalışıram. Dahisənsə, bunu sübut elə” dedi.
- Siz də sübut edərək Kroyffun ulduzlarının darmadağın olunduğu qarşılaşmada unudulmaz bir qol vurduz. O qolu tez-tez xatırlayırsız?
- O anı və həmin gecəni unutmaq mümkün deyil. Özü də unutmayaq ki, biz Barezi və Kostakurtasız oynayırdıq. “Barselona” haqlı olaraq favorit sayılırdı. “Barsa”nın özündənrazı ulduzları bizi məhv edəcəklərini düşünürdülər. Amma 4 cavabsız qol vurduq. Futbolda favoritlər heç də həmişə qalib gəlmir. Bəlkə də karyeramın ən gözəl qolunu vurdum. Kapello sonradan o qolu necə vurduğumu soruşdu. Mən isə ona dedim ki, zərbəni vuranda artıq qol olacağını bilirdim. Sonradan o qol videokasetlərdə və DVD-lərdə yayıldı. Elə internetdə də sürətlə yayılaraq bir ara fenomen qolların sırasına düşdü. Amma mən “Srvena”nın heyətində də çoxlu baxımlı qol vurmuşdum. Həmin finalda dubl edən Massaro da əla oynamışdı. Onun qol duyumu mükəmməl idi.
- Həmişə Massaro ilə gözəl anlaşdığınızı demisiz...
- Bəli. Mən, ümumuyyətlə, qol vurmağı sevən futbolçularla yaxşı anlaşırdım.
- Bəs “Srvena” ilə qazandığınız ÇK xatirənizdə necə qalıb?
- 1991-də Bari şəhərindəki “San-Nikola” stadionunda “Marsel”i penaltilər seriyasında məğlub etdik. Ümumiyyətlə, Bari mənim üçün uğurlu şəhərlərdən biridi. Həm də Monteneqroya çox yaxın ərazidə yerləşir. Üstəlik bir neçə il sonra “Milan”ın heyətində yenə də həmin stadionda 5:3 qalib gəldiyimiz oyunda 4 qol vurmuşdum. Karyeramdakı yeganə pokeri məhz orda etmişəm.
- Sizin Massaro ilə duetinizdə olduğu kimi “Milan” fanatları yeni transfer olunan Feliş-Ximenes duetinin də sehirli alınacağına ümid edir. Onların arzusu reallığa çevrilə bilərmi?
- Əlbəttə. “Milan” əla və böyük klubdu. 7 dəfə ÇL-i qazanmaq elə-belə iş deyil. “Milan” böyük bir tarixdi. Şadam ki, mən də bu tarixin bir parçası olmuşam və dünyanın əın güclü klublarından birində çıxış etmişəm. İnanıram ki, yeni gələnlər də bu klubla fəxr edəcək.
- Ümumiyyətlə, “Milan”ın oyunlarını izləyirsiz?
- Bəli, izləyirəm. Amma əvvəlki illərdəki qədər diqqətlə yox. Çünki başqa işlərim də var. Monteneqroda futbolun inkişafına görə mən cavabdehlik daşıyıram. Boş vaxt tapan kimi ya “Milan”ın oyunlarını, ya da xaricdə çıxış edən monteneqrolu futbolçuların çıxışını izləyirəm. Məsələn, Maruşiç və Krstoviç kimi...
- “Milan”ın bu qış həyata keçirdiyi transferlər barədə nə düşünürsüz?
- Ən azı heyət əvvəlkindən güclü olub. Təəssüf ki, Bennaseri satdılar. Onu çox bəyənirdim. Sottil? Onun atası yaxşı futbolçu idi.
- Fanatlar nikbindi və onların fikrincə, yeni transferlər komandanı irəli aparacaq.
- “Milan” artıq bu mövsüm titul qazanıb. İndi isə bütün diqqəti İtaliya kubokuna və ÇL-ə vəsiqə qazanmağa yönəltmək lazımdı. Komanda bunu bacarmalıdı və bacaracaq.
- Feliş ilə Ximenes eyni anda start heyətində oynaya bilərmi?
- Fikrimcə, oynaya bilər. İstənilən halda komandanın başında Serjio Konseysao kimi mütəxəssis dayanıb. “Milan” onu gətirməklə düzgün addım atdı. Konseysao ilk növbədə Feliş üçün lazımi fiqurdu. Felişin böyük istedadı var. Sadəcə, bunu üzə çıxarmaq lazımdı. Onun topla necə hərəkət etdiyini, necə irəlilədiyini və hücumların qurulmasında necə iştirak etdiyini görmüşəm. “Milan”da oynayırsansa, fikrini toplamalı və var gücünü ortaya qoymalısan. Konseysao ona kollektivə uyğunlaşmağa yardım edəcək. Çünki ikisi də portuqaliyalıdı və çox tez dil tapacaqlar. Feliş Bura İngiltərədən gəlib. Mən İtaliyada oynadığım dönəmdə premyer-liqa A seriyası ilə müqayisədə gülməli çempionata bənzəyirdi. İngiltərə təmsilçiləri az qala 3-cü dərəcəli klublar sayılırdı. Amma indi vəziyyət fərqlidi. Onlar əla çempionat qurublar və bu baxımdan hamını üstələyirlər.
- Bəs Ximenes?
- Düzünü desəm, onu o qədər yaxşı tanımıram. Amma bilirəm ki, çox məhsuldar oyunçudu. Gəlin, İbrahimoviçin sözünə güvənək. O, Ximenesin güclü futbolçu olduğunu deyirsə, deməli, həqiqətən də belədi.
ƏLİ RAUFOĞLU hazırladı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Fevral 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see283

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see254

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see208

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see168

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see152

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see147

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see135

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see134

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see129

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri