Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

“Barselona” 100 cü kuboku darmadağınla qazandı

“Barselona” 100 cü kuboku darmadağınla qazandı

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Real”ın qələbə seriyası Superkubokun finalında qırıldı. Qışda çoxlarının böhran yaşadığını dediyi “Barselona” madridlilərin müdafiəsini tar-mar etdi.

"Football-plus.az" xəbər verir ki, kataloniyalılar 5 qoldan dördünü fasiləyə qədər vurdu. Hərçənd oyun onlar üçün çox pis başladı. “Barsa” artıq 5-ci dəqiqədə qapısında qol gördü. Ancaq Mbappenin gözəl zərbəsi Flikin komandasını ruhdan salmadı, hissənin ortalarında bərabərlik təmin olundu.
Kamavinqanın Qaviyə qarşı kobudluğuna görə təyin olunan penaltini qola çevirən Levandovski komandasını önə keçirdi. Cəmi 3 dəqiqə sonra Rafinya 3-cü qolu vurdu. Bu da “Real”ın faciələrinin sonu deyildi. 45+10-cu dəqiqədə qurulan sürətli əks-hücum zamanı Kurtua 4-cü dəfə topu tordan çıxarmalı oldu. Komandalar paltardəyişmə otağından qayıdandan sonra “Barsa” 5-ci qolu da vurdu. Amma tezliklə Şensnı komandasını pis vəziyyətdə qoydu. Polşalı qapıçı Mbappeni cərimə meydançası xaricində yerə sərdiyinə görə meydandan qovuldu. Rodriqo dərhal qollardan birinin əvəzini çıxdı.
Düzdü, oyunu xilas etmək üçün “Real”ın sərəncamında yetərincə vaxt var idi. Madridlilərin ifasında dəfələrlə möhtəşəm geridönüş görmüşük. Ancaq bu dəfə paytaxt klunun sanki gücü qalmamışdı.
final
Barselona – Real 5:2

Barselona: Şensnı, Kunde, Kubarsi, Martines (Arauxo, 29), Balde, Kasado, Qavi (Penya, 59), Yamal (Olmo, 59), Pedri, Rafinya (Torres, 79), Levandovski.
Real: Kurtua, Vaskes (Asensio, 52), Çuameni (Modriç, 64), Rüdiger, Mendi (F.Qarsiya, 76), Kamavinqa (Sebalyos, 46), Valverde, Bellingem, Rodriqo, Mbappe, Vinisius (Dias, 76).
Qollar: Mbappe, 5 (0:1). Yamal, 22 (1:1). Levandovski, 36-p. (2:1). Rafinya, 39 (3:1). Balde, 45+10 (4:1). Rafinya, 48 (5:1). Rodriqo, 60 (5:2).
Vərəqələr: Kamavinqa, 35. İ.Martines, 45+8 (meydandan kənarda). Rüdiger, 53. Vinisius, 55. Çuameni, 62. Levandovski, 77. Asensio, 77. Arauxo, 87. Rafinya, 89 (meydandan kənarda) – sarı. Şensnı, 56 – qırmızı.
Hakim: Xesus Xil Mansano.
12 yanvar. Ciddə. “Kral Abdulla Sports Siti” stadionu. 62345 tamaşaçı.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Barselona” ilə ilk titulu qazandığıma görə çox sevinirəm. Yaxşı çalışdıq, qürur duyuram. Həqiqətən də böyük komanda kimi oynayırıq. Geri baxmırıq, indiki zamanla yaşayırıq. Möhtəşəm komandamız var. Həmişə birliyi qoruyuruq, komanda kimi hücum edir və müdafiə olunuruq. Ən vacib olan budu”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Pis gecə idi, bütün azarkeşlərimiz kimi biz də məyusuq. Məyusluğu gizlətməyə dəyməz, ancaq futbol belədi: bəzən qalib gəlirsən, bəzən məğlubiyyətdən öyrənməli olursan. İrəli baxmalıyıq, başqa yolumuz yoxdu. Ümumiyyətlə, “Real” oynamadı, planlarımızı heç cür meydanda həyata keçirə bilmədik. Pis müdafiə olunduq, bu oyundakı ən böyük problemimiz budu. Rəqib çox asan qollar vurdu, biz isə həm pressinq altında, həm də dərin müdafiəyə çəkiləndə pis hərəkət etdik. Fasilədə futbolçulara dedim ki, əvvəlcə futbol oynamağa çalışmaq lazımdı, ilk yarıdakı oyunumuz futbol deyildi. Yalnız uzun ötürmələrə güvəndirdik, bu bizim yol deyil. İdeya ondan ibarət idi ki, futbol oynayaq, ancaq bunu bacarmadıq. Oyunçulara dedim ki, uduzmaq olar, ancaq bizim ilk yarıda oynadığımız kimi yox”.


Robert Levandovski, “Barselona”nın hücumçusu:

“Əla oyun göstərdik. xüsusən də 1-ci hissədə. Azlıqda qalandan sonra çətinlik çəkdik, ancaq əsas odu ki, titul qazandıq. Bu gün titulu bayram edə bilərik, artıq sabahdan qarşıdakı oyunlara köklənməliyik. Bugünkü kimi oynasaq, dünyanın istənilən komandasını məğlub edə bilərik”.


Faktlar
* Ançelotti məşqçi karyerasında 11-ci dəfə “Barselono”ya uduzdu. O, kataloniyalıları 10 dəfə məğlub edib, daha 3 oyun heç-heçə bitib. Qeyd edək ki, italiyalı mütəxəssis “İnter”lə “Yuventus”a da 11 dəfə uduzub. Bu say onun üçün antirekorddu.
* Superkubokda 6-cı dəfə “Real”ı məğlub edən “Barselona” tarixindəki 100-cü kuboku qazandı. "Barsa" Kataloniyada keçirilən turnirlər nəzərə alınmadan tarixində 100-cü kubok qələbəsinə imza atdı. İspaniya çempionatının 27 qat qalibi olan komanda ölkə kubokunu 31, Superkuboku 15, Eva Duarte Kubokunu 3, İspaniya Liqa Kubokunu 2 dəfə başı üzərinə qaldırıb. Bundan başqa, Kataloniya təmsilçisi Çempionlar Liqasını 5, Kuboklar Kubokunu 4, Avropa Superkubokunu 5, Yarmarkalar Kubokunu 3, klublararası dünya çempionatını 3, Latın Kubokunu 2 dəfə qazanıb. "Barselona"nın Kataloniya regional turnirlərində 33 qələbəsi var.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:290
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri