“Barselona” Arnold Şvartseneggerə xüsusi hədiyyə təqdim edib FOTO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
İspaniyanın “Barselona” futbol klubu məşhur aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneggerin təşkil etdiyi xeyriyyə tədbirinə qatılıb.
İdman.Biz xəbər verir ki, “Barselona”nın birinci vitse-prezidenti Rafael Yuste Los-Ancelesdə Şvartseneggerin iqamətgahında keçirilən tədbirdə iştirak edib.
Tədbirin əsas məqsədi aktyorun təsis etdiyi “After-School All-Stars” qeyri-kommersiya təşkilatının fəaliyyətinə dəstək göstərmək olub. Sözügedən təşkilat uşaqların və yeniyetmələrin təhsil, idman və şəxsi inkişaf imkanlarını genişləndirmək üçün müxtəlif proqramlar həyata keçirir.
Xeyriyyə tədbiri zamanı Rafael Yuste Arnold Şvartseneggerə üzərində aktyorun adı yazılan xüsusi “Barselona” formasını hədiyyə edib. Bu jest Kataloniya klubu ilə təşkilat arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlib.
Los-Ancelesdə keçirilən tədbir idman, sosial və mədəniyyət sahələrinin nümayəndələrini bir araya gətirib. İştirakçılar gənc nəslin inkişafına, təhsil imkanlarının artırılmasına və fiziki fəallığın təşviqinə dəstək məsələlərini müzakirə ediblər.
Şvartseneggerin yaratdığı “After-School All-Stars” təşkilatı uşaqların dərsdənkənar fəaliyyətlərə cəlb olunmasına, yeni bacarıqlar qazanmasına və idmanla məşğul olmasına şərait yaradır.
Qeyd edək ki, bu, klubla aktyor arasındakı ilk təmas deyil. Şvartsenegger illər əvvəl bir neçə dəfə Kamp Nouda olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 12 Oktyabr 2026 02:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















