“Barselona” “Atletik Bilbao”nu məğlub edərək İspaniya Superkubokunun finalına çıxıb VİDEO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Barselona” və “Atletik Bilbao” arasında İspaniya Superkubokunun yarımfinal oyunu başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdullah Sports City” stadionunda qarşılaşıblar. “Blauqrana” 5:0 hesabı ilə qalib gəlib.
22-ci dəqiqədə “Barselona”nın hücumçusu Ferran Torres klubuna üstünlük qazandırıb. 30-cu dəqiqədə yarımmüdafiəçi Fermin Lopez “blauqrana”nın üstünlüyünü ikiqat artırıb. 34-cü dəqiqədə “Barselona”nın cinah oyunçusu Runi Barqi komandasının üstünlüyünü üç topa çatdırıb. 39-cu dəqiqədə braziliyalı Rafinya kataloniyalıların dördüncü qolunu vurub. Rafinya 52-ci dəqiqədə öünün ikinci qoluna imza atıb.
Bununla da “Barselona” 11 yanvar bazar günü keçiriləcək İspaniya Superkuboku finalına vəsiqə qazanıb. “Blauqrana”nın rəqibi “Atletiko” və “Real” arasında keçiriləcək Madrid derbisinin qalibi olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 08 Yanvar 2026 01:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















