Icma.az
close
up
RU
Barselona Avropa çempionu ilə yeni müqavilə imzalayacaq

Barselona Avropa çempionu ilə yeni müqavilə imzalayacaq

"Barselona" klubu İspaniya millisinin heyətində Avropa çempionu olan futbolçusu Lamin Yamalla yeni müqavilə imzalayacaq.

"Report" xəbər verir ki, bu barədə "Barca Universal" məlumat yayıb.

Vinger 18 yaşına çatanda onun sözləşməsinin müddəti 6 il artırılacaq.

Artıq tərəflər bununla bağlı razılıq əldə ediblər. Oyunçunun təzminat məbləği 1 milyard avrodur.

Qeyd edək ki, Yamal cari mövsüm bütün turnirlərdə 16 matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub. Vinger bu il İspaniya millisi ilə Avropa çempionu olub.

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:100
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri