Barselona Avropa çempionu ilə yeni müqavilə imzalayacaq
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
"Barselona" klubu İspaniya millisinin heyətində Avropa çempionu olan futbolçusu Lamin Yamalla yeni müqavilə imzalayacaq.
Bu barədə "Barca Universal" məlumat yayıb.
Vinger 18 yaşına çatanda onun sözləşməsinin müddəti 6 il artırılacaq.
Artıq tərəflər bununla bağlı razılıq əldə ediblər. Oyunçunun təzminat məbləği 1 milyard avrodur.
Qeyd edək ki, Yamal cari mövsüm bütün turnirlərdə 16 matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub. Vinger bu il İspaniya millisi ilə Avropa çempionu olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Barselona Avropa çempionu ilə yeni müqavilə imzalayacaq
22 Noyabr 2024 09:54
Yamal Barselona ilə yeni müqavilə imzalayacaq
31 Yanvar 2025 16:10
Levandovski Barselona ilə yeni müqavilə imzalayacaq
12 Fevral 2025 13:24
Barselona Fliklə yeni müqavilə imzalayacaq?
10 Aprel 2025 22:15

