“Barselona” azarkeşlərinin yarıdan çoxu Reşfordun transferini dəstəkləyir
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın “Barselona” komandasında çıxış edən Markus Reşfordun daimi transferi ideyasını klub azarkeşlərinin əksəriyyəti müsbət qarşılayır.
İdman.Biz xəbər verir ki, “Mundo Deportivo” nəşrinin keçirdiyi sorğuya əsasən respondentlərin 54,6 faizi klubun “Mançester Yunayted”ə məxsus olan hücumçunun transfer hüququnu aktivləşdirməsini dəstəkləyir.
Eyni zamanda azarkeşlərin 35,7 faizi bu keçidə qarşı çıxır, 6,3 faizi isə mövsümün sonunda daha ölçülüb-biçilmiş qərar verilməsinin tərəfdarıdır.
Markus Reşford mövsüm üçün “Mançester Yunayted”dən “Barselona”ya icarəyə verilib və Kataloniya klubunun futbolçunu 30 milyon avroya (təxminən 55,5 milyon AZN) satın almaq imkanı var.
Bu mövsüm Reşford bütün turnirlərdə 24 oyunda meydana çıxıb, yeddi qol vurub və doqquz məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 29 Dekabr 2025 06:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















