“Barselona” bəyanat yaydı
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Barselona” La Liqanın 6-cı turunda “Xetafe”yə qarşı keçirəcəyi ev oyununun (21 sentyabr) məkanı ilə bağlı bəyanat yayıb.
QOL.az xəbər verir ki, bəyanatda bildirilib: “Matç “Kamp Nou” stadionunda keçirilə bilməyəcək. Klub stadionun yaxın günlərdə rəsmi açılışı üçün zəruri inzibati icazələrin alınması istiqamətində fəal işini davam etdirir. Bu səbəbdən görüş Yohan Kroyf adına stadionda olacaq”.
Bundan əvvəl klubun institusional inkişaf üzrə vitse-prezidenti Elena Fort komandanın “Xetafe”ni bərpa olunmuş “Kamp Nou”da qəbul edə biləcəyini demişdi.
Xatırladaq ki, iyunun 25-də “Barselona” “Kamp Nou”ya qayıdacağını elan etmişdi. Son iki mövsümdə komanda Luis Kompanis adına Olimpiya stadionunda çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 16 Sentyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















