“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 6 oktyabr, AZƏRTAC
İspaniyanın “Barselona” klubu braziliyalı futbolçusu Rafinya ilə müqavilənin müddətini uzadıb.
AZƏRTAC xəbər verir ki, bu barədə italiyalı insayder Fabrizio Romano məlumat yayıb. Bildirilir ki, futbolçu ilə Kataloniya klubu arasında yeni müqavilə 2030-cu ilin iyununadək qüvvədə olacaq. Razılaşmanın bütün detalları, o cümlədən futbolçunun nümayəndələri və hüquqşünasların iştirakı ilə aparılan danışıqlar tam şəkildə razılaşdırılıb və yekunlaşdırılıb.
Rəsmi açıqlamanın bu həftə veriləcəyi gözlənilir. Sənədləşmə prosesi uğurla başa çatarsa, imzalanma mərasimi cümə günü təşkil oluna bilər.
Qeyd edək ki, Rafinya “Barselona”nın heyətində 185 oyuna çıxıb, 89 qol vurub və 62 məhsuldar ötürmə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 06 Oktyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















