Icma.az
close
up
RU
“Barselona” bu il də Niko Uilyamsı ala bilmədi

“Barselona” bu il də Niko Uilyamsı ala bilmədi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Ardıcıl ikinci yay Niko Uilyamsın adı ətrafındakı transfer dastanı ilə müşayiət olunur.

"Football-plus.az" xəbər verir ki, süjet, demək olar ki, aşağı-yuxarı eynidi: “Barselona” pul yığmağa və “Atletik”in gənc ulduzu ilə anlaşmağa çalışır. Bir il əvvəl, vingerin möhtəşəm keçirdiyi Avropa çempionatından sonra da sövdələşməni bitirmək mümkün olmamışdı.
Düşünmək olardı ki, builki cəhd uğurlu alınacaq. Hər şey “Barsa”nın ispaniyalının müqaviləsində kompensasiya məbləği kimi göstərilən 58 milyon avronu ödəməsinə və keçidin reallaşmasına doğru aparırdı. Çoxsaylı insaydlarda deyilirdi ki, kataloniyalılar futbolçunun razılığını alıb, o özü də keçidin bitməsi üçün məzuniyyəti erkən başa vuracaq. Hətta müqavilənin imzalanacağı tarix də göstərilirdi – iyulun 4-ü.
Nə demək olar, yalan demirmişlər. İyulun 4-ü gəlib çatdı, həqiqətən də müqavilə imzalandı. Ancaq müqavilənin altında “Barsa”dan heç kimin imzası yox idi. Ona görə ki, Uilyams doğma Bilbao klubu ilə yenidən, özü də 10 il (!) müddətinə anlaşdı. “Atletik” dəbbəpulunu da ikiqat artırdı. İndi Nikonu ələ keçirmək istəyən klub 100 milyon ödəməlidi.
Fikir verin, gənc ulduzun müqavilə müddəti 2035-ci ilə qədər uzadılıb! Bəzi qaynaqlar hətta bunun futbol tarixində ən uzunmüddətli müqavilə olduğunu iddia edir. Əlbəttə, rəmzi xarakter daşıyan ömürlük müqavilələri nəzərə almasaq. Niko olayı belə şərh edib:

“Qərar vermək zərurətə çevriləndə ürəyimin səsinə qulaq asıram”.

Nikonun bilərəkdən müqaviləyə belə bənd saldırdığını və ya “Barselona”nın həqiqətən qeydiyyatla bağlı təminat vermədiyini demək çətindi – nə qədər istəsən, nəzəri müddəa tapmaq olar. Bəlkə də onun qərarına fanatların inanılmaz nifrət elementləri təsir edib. Onlar futbolçunun şəhərin divarlarında yer alan şəkillərini çirkləndiriblər, əcaib hala salıblar.
Yəqin ki, gerçək motivlər bir o qədər vacib deyil. Fakt odu ki, vinger yenə də Bilbaonu tərk etmədi. Amma bu da futbolçunun strateji səhvə yol verdiyini deməyə əsas verir. Axı Nikonun potensialı basklar ölkəsinin komandasının səviyyəsindən açıq-aşkar yüksəkdi. “Atletik” hər mövsüm maksimum Çempionlar Liqasına vəsiqəyə ümid edir. Hətta bu da nadir hallarda olur – məsələn, 21-ci əsrdə bir dəfə bunu bacarıblar. İndiki “Barsa” Nikonun həm oyun üslubuna, həm də ambisiyalarına ideal şəkildə uyğundu.
Düzdü, Uilyams dünya ulduzu səviyyəsinə yüksəlməyə qadirdi, ancaq doğma komandada buna nail olmaq hədsiz çətindi. Bundan sonra isə Bilbaonu tərk etmək daha çətin olacaq. Biz müqavilənin müddətini və yeni şərtləri nəzərdə tuturuq. Əvəzində böyük qardaş, yəni İnyaki Uilyams razıdı. Hər halda, bu da vacib amildi.
Yaxşı, Niko ilə bağlı hər şey aydındı, ancaq “Barselona”nın hücumameyilli futbolçu transfer etməsi ilə bağlı məsələ hələ də aktuallığını qoruyur. A planı pozulubsa, alternativ siyahıda kimlər var? Avropa mediasına inansaq, əsasən iki futbolçunun namizədliyi gözdən keçirilir. Birincisi “Liverpul”dan Luis Diasdı. Məşhur insayder Fabritsio Romanonun yazdığına görə, məhz kolumbiyalı Uilyamsla bağlı uğursuzluqdan sonra kataloniyalıların əsas hədəfinə çevrilib.
Bu məsələ də o qədər asan deyil. Mersisaydlılar son günlərə qədər həvəslə təmas qururdusa, Dioqo Jotanın faciəvi ölümü vəziyyəti dəyişdi. Portuqaliyalının ölümünə sırf idman baxımından yanaşsaq, hazırda Diası buraxmaq çox təhlükəlidi. Ona görə ki, “qırmızılar” irəli xətdə rotasiya etmək imkanından məhrum ola bilər. Belədə “Barsa” ya kisənin ağzını daha geniş açmalıdı, ya da “Liverpul” ön xəttə hansısa yeni transfer reallaşdırmalıdı.
Daha bir variant Markus Reşfordun adı ilə bağlıdı. Əslində qışda da onun personası “Barsa” ilə yanaşı hallanırdı. Sadəcə, onda ingiltərəli ulduzu “Aston Villa” icarəyə götürdü. Birmingemlilər onun transfer hüququna yiyələnmək istəmir, “Mançester Yunayted”də qalacağı da o qədər inandırıcı görünmür. Belə görünür ki, Markus Amorimə lazım deyil. Elə o özü də “Old Trafford”da çoxlu qalmaqal törədib.
Əlbəttə, Reşfordu heyətə qatmaq olar və bu lazımdı. “Transfermarkt”da 50 milyon avroya qiymətləndirilən ingiltərəli ulduz premyer-liqanın son mövsümündə yetərincə səviyyəli oyun göstərdi, meydanda fərq yaratmağı bacardı.
Çox güman, “Barsa” tezliklə Niko Uilyamsı unutduracaq kimisə “rənglərinə bağlayacaq”. Bu komanda meydanda nə dərəcədə yaxşı oyun göstərirsə, klub idarəçiliyi baxımından bir o dərəcədə xaotik və qarışıq durum hökm sürür. Necə olur-olsun, Hans-Diter Flik heyəti gücləndirməlidi. Ötən mövsümdəki səviyyəni qorumaq və boyundan bir qədər də yuxarı tullanmaq üçün. Niko üçün isə bizə elə gəlir ki, hələ də Kataloniya klubunun qapısı bağlanmayıb. Ya da ən azı həmin qapıya açar qoyulmayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 İyul 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri