Icma.az
close
up
RU
Barselona da müqavilələrin yenilənməsi prosesi başlandı

Barselona da müqavilələrin yenilənməsi prosesi başlandı

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

İspaniyanın yeni çempionu “Barselona”da müqavilələrin yenilənməsi prosesinə start verilib. Artıq baş məşqçi və aparıcı futbolçulardan biri ilə yeni sözləşmə rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, Hans-Diter Flik formallığı aradan qaldırıb.
Baş məşqçinin “Barselona” ilə müqaviləsini yeniləyəcəyi gözlənilirdi. İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, almaniyalı mütəxəssislə imzalanan yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədərdi. Bundan əvvəlki müqavilə isə növbəti mövsümün sonunda qüvvədən düşəcəkdi. Flik “Barselona”ya cari mövsüm ərəfəsində təyin olunub. O, komandanı La Liqa, İspaniya kuboku və İspaniya Superkubokunda qələbəyə daşıyıb.
Nəhayət, Rafinyanın məsələsi həllini tapıb. “Barselona” rəhbərliyi braziliyalı vingerlə müqavilənin müddətini 2028-ci ilin yayına qədər uzadıb. Bu, Fliklə imzalanan yeni sözləşmədən sonra baş verib. Rafinyanın əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi. O, bu mövsüm “Barselona”nın heyətində 56 oyunda meydana çıxıb, 34 qol vurub və 25 məhsuldar ötürmə verib.
Lamin Yamal da tezliklə müqaviləsini yeniləyəcək. Bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb. O, yeni müqavilənin müddətinin 2030-cu ilə qədər nəzərdə tutulacağını xəbər verib. 17 yaşlı futbolçunun illik maaşı 9 milyon avroya bərabər olacaq, Lamin bir sıra bonuslara görə qazancını daha da artıra bilər. Məlumatda onun maaşının 18 milyon avroya çatana qədər ildən-ilə artacağı da bildirilir.
Yeri gəlmişkən, Lamin İspaniya çempionatının cari mövsümündə 34 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürmə edib. İspaniyalı futbolçunun Çempionlar Liqasında meydana çıxdığı 13 matçda 5 qolun və 3 məhsuldar ötürmənin müəllifi olduğunu da xatırladaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 May 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri