“Barselona” ilə adı hallanan Fabreqas gələcəyi ilə bağlı qərarını açıqladı
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Barselona”nın maraq dairəsində olduğu iddia edilən “Komo”nun baş məşqçisi Sesk Fabreqas İtaliya klubundan mümkün ayrılığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İdman.Biz "Football Italia"ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bütün diqqətini hazırkı komandasındakı işinə yönəltdiyini vurğulayıb.
Fabreqas klubdan ayrılmaq fikrində olmadığını söyləyib:
“Mən heç vaxt getmək barədə düşünməmişəm. Əgər bu barədə düşünməyə başlasaydım, bəlkə də, bu, buradakı işimin sonu demək olardı. Amma belə fikirlər heç vaxt ağlımdan keçməyib”.
İspaniyalı məşqçi yarımmüdafiəçi Niko Pasa müntəzəm olaraq əsas heyətdə yer verməsinin səbəblərini də izah edib.
“Niko daim həvəsləndirilməyə ehtiyacı olan futbolçulardan deyil. Onunla nə qədər az danışsan, bir o qədər yaxşıdır. İnanılmaz düşüncə tərzinə malikdir. Artıq iki ildən çoxdur birlikdə işləyirik və bu müddətdə o, xeyli inkişaf edib”, - deyə Fabreqas qeyd edib.
Baş məşqçi argentinalı yarımmüdafiəçinin komandanın müdafiə fəaliyyətinə verdiyi töhfəni də yüksək qiymətləndirib.
Qeyd edək ki, “Komo” Fabreqasın rəhbərliyi altında A Seriyasına yüksəlib. Son vaxtlar mətbuatda “Barselona”nın ispaniyalı mütəxəssislə maraqlandığı barədə məlumatlar yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 24 Oktyabr 2026 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















