Icma.az
close
up
RU
“Barselona” ilə oyun ərəfəsində “Real”da xaos: paltardəyişmə otağı dava meydanına çevrilib

“Barselona” ilə oyun ərəfəsində “Real”da xaos: paltardəyişmə otağı dava meydanına çevrilib

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Bu, sadəcə bir mübahisə deyil, əsl bir dava idi. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, Valverde ilə Tçuameni arasındakı münaqişə çərşənbə günü başlayıb və dünən oyunçular arasında gərginlik daha da artıb.

Səhər məşqi zamanı Federiko Tçuameni ilə əl sıxmaqdan imtina edib. Məşq zamanı uruqvaylı fransız oyunçuya dəfələrlə sərt zərbələr endirib və bu, Oreleanı qəzəbləndirib. Məşqin sonunda oyunçular arasında münaqişə yaşanıb və bu davaya çevrilib. Mübahisə zamanı Valverdinin başı masanın küncünə dəyib. Ağır xəsarət alan futbolçu xəstəxanaya aparılıb.

AS nəşrinin iddiasına görə, münaqişə paltardəyişmə otağında davam edib. Tçuameni Valverdeyə ağır zərbələr endirib və bunun da nəticəsində futbolçu yıxılaraq başından xəsarət alıb. Federikoda qanaxma başlayıb. Onu əlil arabasında bazadakı tibb otağına, oradan isə xəstəxanaya aparıblar.  Orada ona tikiş qoyulub və evə göndərilib.

Hadisədən dərhal sonra "Real"ın direktoru Xose Anxel Sançes paltardəyişmə otağında təcili iclas keçirib. Həmçinin bildirilib ki, intizam araşdırması başlayıb. Bu araşdırma oyunçuların cərimələnməsinə və hətta komandadan kənarlaşdırılmasına səbəb ola bilər.

Lakin, bu, hamısı deyil. "El Chiringuito" qəzeti Valverdenin zərbə nəticəsində yaddaşının itdiyini bildirib. Oyunçu dərhal kompüter tomoqrafiyasından keçib. Nəticələr hələ məlum deyil.

Bəs belə ciddi mübahisəyə nə səbəb ola bilərdi? Mətbuatda Tçuameni ilə Valverde arasında münasibətlərin bir neçə ay əvvəl artıq pisləşdiyi barədə xəbərlər yayılıb. Uruqvaylı Xabi Alonsonun postundan getməsini istəyib. Orelean isə əksinə, daim məşqçini müdafiə edib.

Yeri gəlmişkən, bu,  "Real"ın paltardəyişmə otağında baş verən yeganə münaqişə deyil. İspaniya mediası Antonio Rüdiger və Alvaro Karreras arasında daha bir dava olduğunu xəbər verib. Lakin komanda yoldaşları qısa zamanda mübahisəni dayandıra bildilər.

Bütün bu xaosun ortasında "Real"ın ulduz oyunçusu Kilian Mbappenin reaksiyası təəccüb doğurub. "El Chiringuito" qəzeti fransız futbolçunun klubun məşq bazasından çıxarkən maşında ucadan güldüyünü əks etdirən videonu yayımlayıb.

Kilian və komanda yoldaşları, ehtimal ki, məlumatın jurnalistlərə bu qədər tez çatacağını gözləməyiblər. "Real"da artıq əmindir ki, bütün hadisə klubun nüfuzuna xələl gətirmək üçün qəsdən internetə sızdırılıb. Rəhbərlik bunu edən şəxslə bağlı araşdırmaya başlayıb. Bu oyunçulardan və ya klubun əməkdaşlarından biri ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://sport24.az
archiveBu xəbər 08 May 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see343

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see292

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see288

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see279

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see274

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see264

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see259

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see257

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see251

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see245

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see235

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see227

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see216

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see200

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see199

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see197

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see193

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see192

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see192

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri