“Barselona” ilə oyunu buraxacaq
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Feyenoord”un yeni transferi Nelson UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Barselona” ilə oyunu buraxacaq.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, 26 yaşlı futbolçunun iş icazəsi hələ hazır olmadığı üçün o, Nimeqendə NEC-ə qarşı keçirilən və “Feyenoord”un 3:1 hesablı qələbəsi ilə başa çatan oyunda da meydana çıxa bilməyib.
Xatırladaq ki, Nelson ötən həftə “Arsenal”dan ayrılaraq azad agent kimi “Feyenoord”a keçib. O, Rotterdam təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. İngiltərəli futbolçu daha əvvəl də “Feyenoord”da icarə əsasında çıxış edib. O, 2021/22 mövsümündə 32 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Barselona” - “Feyenoord” qarşılaşması sentyabrın 9-da Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 08 Sentyabr 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















