“Barselona” ilə “Real Madrid” oyununda tarixi rekord qeydə ALINDI
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Dünən “Barselona”nın “Real Madrid” üzərində 4:3 hesablı qələbəsindən sonra son 18 “El Klasiko” matçı heç-heçə bitməyib. Bu da klubların rəqabəti tarixində ən uzun seriyadır.
Redaktor.az xəbər verir ki, bu barədə “Opta Sports” məlumat yayıb.
Statistika portalının məlumatına görə, səkkiz qarşılaşma “Barselona”nın xeyrinə başa çatıb ki, onlardan dördü bu mövsüm baş tutub, 10 qarşılaşma isə Madrid klubunun qələbəsi ilə bitib.
Xatırladaq ki, 35 turdan sonra “Barselona” İspaniya çempionatının lideridir, Madrid klubu isə eyni sayda oyundan sonra La Liqada ikinci yerdədir.
Baxış sayı:114
Bu xəbər 12 May 2025 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















