“Barselona” “Levandovski itkisi”ni belə həll edəcək
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
"Barselona”nın idman direktoru Deku mərkəz hücumçusu Robert Levandovskini necə əvəz edə biləcəkləri ilə bağlı sualı cavablandırıb. SİA xəbər verir ki, Deku vurğulayıb ki, kataloniyalılar bunu daxili ehtiyatlarının köməyi ilə həll edə bilərlər. Polşalı forvardın 36 yaşı var və onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. “Bizim bunun öhdəsindən gələ biləcək oyunçularımız var. Məsələn, Ferran, Dani Olmo – onlar “yalançı doqquzluq” mövqeyində oynamağa qadirdirlər. Deməli, Robertin itkisinin öhdəsindən gələ biləcəyimiz daxili ehtiyatlarımız var. Amma yadda saxlamaq lazımdır ki, bu gün yalnız bir komanda dəqiq müəyyən edilmiş mərkəz hücumçusundan istifadə edir – “İnter”. “Arsenal”da bu yoxdur, PSG-də də”, – Deku deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 24 May 2025 06:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















