“Barselona” Levandovskini əvəzləyəcək hücumçular siyahısına Osimheni daxil edib
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Barselona” “Qalatasaray”ın hücumçusu Viktor Osimhenlə maraqlanmağa başlayıb.
İdman.Biz-in “Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, “blauqrana” nigeriyalı futbolçunu 2024-cü ildən bəri hücumçu Robert Levandovskinin potensial əvəzedicisi kimi nəzərdən keçirir.
Məlumata əsasən, oyunçunun yüksək qiyməti Osimhenin “Barselona”ya potensial transferi üçün ciddi maneə ola bilər.
Qeyd olunur ki, Türkiyə nəhəngi 26 yaşlı futbolçunu ötən yay 75 milyon avroya alıb və onu daha ucuza satmaq istəmir.
Osimhen bu mövsüm bütün turnirlərdə doqquz oyunda meydana çıxıb və altı qol vurub. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalındakı məlumata görə, onun bazar dəyəri 75 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 30 Oktyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















