“Barselona” Levandovskini saxlamaq üçün bu təklifi etdi
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik və klub rəhbərliyi Robert Levandovskinin gələcəyi ilə bağlı mühüm qərar qəbul edib.
“Qafqazinfo” ESPN-ə istinadla xəbər verir ki, alman mütəxəssis 37 yaşlı polşalı hücumçunun həm meydandakı performansından, həm də soyunma otağındakı peşəkar davranışından olduqca razıdır.
Bu səbəbdən Kataloniya klubu ulduz futbolçunu ən azı 2027-ci ilin yayına qədər komandada saxlamaq üçün yeni müqavilə variantlarını nəzərdən keçirir.
Nəşrin yaydığı məlumata görə, “Barselona”nın idman direktoru Deko və Hans-Diter Flik yaxın vaxtlarda Levandovski ilə bir araya gələrək gələcək planları müzakirə edəcəklər. Klubun əsas şərti isə futbolçunun maaşının azaldılması və komandada daha çox “rotasiya oyunçusu” rolunu qəbul etməsidir.
Qeyd edək ki, Levandovski bu mövsüm “Barselona” forması ilə çıxdığı 27 rəsmi oyunda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli hücumçu hazırda Ferran Torreslə rəqabət aparsa da, hələ də komandanın əsas hücum silahlarından biri hesab olunur. Futbolçunun aprel ayına qədər öz gələcəyi ilə bağlı qəti qərarını verəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 Fevral 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















