“Barselona” Levandovskinin müqaviləsini uzatmayacaq
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Barselona” 37 yaşlı hücumçu Robert Levandovskinin 2026-cı ilin yayında başa çatacaq müqaviləsini uzatmamağa qərar verib.
İdman.Biz Sport.es-ə istinadən xəbər verir ki, bu qərar futbolçunun yaşı, az məhsuldarlığı və komanda yoldaşları kimi rəqib üzərində yüksək təzyiq göstərə bilməməsi ilə izah olunur.
Məlumata görə, Levandovskinin cari mövsümdən sonra karyerasını başa vuracağı və yaxud başqa komandada 1-2 il daha oynayacağı hələlik məlum deyil. Onun Səudiyyə klublarından gələn təklifləri qəbul etməsi ehtimalı da çox aşağıdır.
Qeyd edək ki, Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. Bu mövsümdə o, bütün turnirlərdə doqquz matça çıxıb və dörd qol vurub. Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 10 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 12 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















