Barselona nın baş məşqçisi futbolçularına xəbərdarlıq edib
Icma.az, Qol.az saytına istinadən bildirir.
Kataloniya klubunun baş məşqçisi komandasını arxayınlaşmamağa çağırıb.
QOL.az xəbər verir ki, "Barselona"nın baş məşqçisi Hans-Diter Flik futbolçularını qələbə eyforiyasına qapılmamaq barədə xəbərdar edib.
Almaniyalı mütəxəssis mətbuat konfransında komandadakı əhval-ruhiyyə ilə bağlı bu fikirləri səsləndirib:
"Eyforiyadan qaçmaq lazımdır. Mən məhz bunu "Rasinq"lə oyundan əvvəl futbolçulara demişdim. Uğur bir dəfə və həmişəlik qazanılmır, onun üzərində hər gün işləmək lazımdır. İstər "Rasinq", istər "Real Sosyedad"la oyunlarda, istərsə də hər məşqdə eyni ciddiyyəti qorumalıyıq. Düzgün münasibət və mentalitet bizi qələbələrə aparır. Azarkeşlərimiz xatirinə maksimum gücümüzü ortaya qoyaraq bu ruhu saxlamalıyıq".
Xatırladaq ki, kataloniyalılar İspaniya Superkubokunun finalında əzəli rəqibləri "Real"a 3:2 hesabı ilə qalib gələrək kuboka sahib çıxıblar.
Qeyd edək ki, "Barselona" yanvarın 18-də, bazar günü La Liqa çərçivəsində səfərdə "Real Sosyedad"ın qonağı olacaq.
Baxış sayı:80
Bu xəbər 17 Yanvar 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















