Barselona nın baş məşqçisi PSJ yə məğlubiyyətdən sonra futbolçularını danladı
Icma.az, Lent az portalına istinadən məlumat verir.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının ikinci turunda PSJ-yə evdəki məğlubiyyətdən sonra futbolçularını tənqid edib.
Lent.az xəbər verir ki, baş məşqçisinin sözlərinə görə, oyunçular özlərini kifayət qədər parlaq göstərməyiblər və buna görə də qələbə qazana bilməyiblər:
"Hazırda PSJ ilə eyni səviyyədə olduğumuzu deyə bilmərik. Uduzduq, amma öz səviyyəmizə qayıtmaq istəyirik, buna görə də məşq etməli və irəliləməliyik. Görək, nəyi düzgün etmədik?".
Oyun 2:1 hesabı ilə başa çatıb. 19-cu dəqiqədə “Barselona”nın futbolçusu Ferran Torres hesabı açıb. İlk hissənin sonlarında Senni Mayulu hesabı bərabərləşdirib. Oyunun sonunda isə Qonsalu Ramuş PSJ-ni önə keçirərək yekun nəticəni müəyyən edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 02 Oktyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















