Barselona nın lideri Qızıl top u qazanmaq şanslarından DANIŞDI
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Barselona"nın cinah oyunçusu Rafinya "Qızıl top"u qazanmaq şansları barədə fikirlərini bölüşüb.
Lent.az arici mediaya istinadla bildirir ki, braziliyalının sözlərinə görə, o, belə şeylər haqqında düşünməməyə və bütün diqqətini komanda nəticələrinə həsr etməyə çalışır.
"Bu barədə düşünməməyə çalışıram. Mövsümün əvvəlində olduğu kimi etmək, nəticəni düşünmək və qarşıma müəyyən məqsəd qoymaq istəyirəm. Bu konsentrasiyanı, bu hədəfi qoruyub saxlamağa çalışıram.
Təbii ki, mənim fərdi məqsədlərim var və onlara nail olmaq istəyirəm. Düzünü desəm, bu mükafat heç vaxt məqsəd olmayıb. Məqsədim qollar, məhsuldar ötürmələr, oynadığım klub və milli komanda üçün kuboklar qazanmaqdır.
Bir klub və ya komanda üçün işlər yaxşı gedəndə, ayrı-ayrı oyunçuların fərqlənməsi başa düşüləndir. Mənim “Qızıl top”un favoritlərindən sayılmağım karyeramda keçirdiyim hər şeydən sonra artıq mənim üçün bir zəfərdir. Hətta favoritlər arasında olmaq da artıq zəfərdir.
Fikrimi buna cəmləməməyə çalışıram, futbol haqqında düşünürəm. "Oyundan oyun, məşqdən sonra məşq", - Rafinya deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Mart 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















