Barselona nın oyununda böyük İĞTİŞAŞ: azarkeşlərə sidik atdılar VİDEO
Icma.az, Lent az portalına istinadən məlumat verir.
“Barselona” klubu dekabrın 9-da Çempionlar Liqasının altıncı turu çərçivəsində keçirilən oyundan sonra rəqib azarkeşlərin vurduğu zərərin miqdarını hesablayır.
Lent.az xəbər verir ki. həmin gün “Barselona” öz meydanında “Ayntraxt” komandasını 2:1 hesabı ilə məğlub edib. Lakin oyundan sonra “Ayntraxt” azarkeşləri ciddi iğtişaşlar törədiblər.
Onlar ispan azarkeşlərdən ayrıldıqları qoruyucu baryeri dağıdıblar, tribunalardakı oturacaqları qoparıb sındırıblar, hər yeri stikerlərlə yapışdırıblar və tualetləri darmadağın ediblər. Bildirilir ki, Almaniya komandasının bəzi azarkeşləri qəsdən unitazdan kənara sidik ediblər, hətta sidiyi stəkanlara dolduraraq “Barselona” azarkeşlərinin üzərinə atıblar.
Bundan əlavə, onlar yeddi ədəd fayeri yandıraraq alovlandırıblar və pivə dolu stəkanları aşağı tribunalara atıblar. Bir neçə nəfər qarşı tərəfin sektoruna keçməyə cəhd edib, lakin dərhal oradan çıxarılıblar. Ev sahibi tərəf üçün yeganə təsəlli isə heç kimin meydana qaçmaması olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 12 Dekabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















