Barselona nın qapıçısı baş məşqçi ilə münaqişə yaşadı Klubu tərk edir
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Barselona"nın qapıçısı İnaki Penya "bir nömrə" statusunu itirdiyi Kataloniya klubundakı gələcəyi barədə qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb.
Komandanın əsas qapıçısı Mark-Andre ter Ştegen ciddi zədə aldıqdan sonra kataloniyalılar əvvəlcə Penyanın xidmətindən yararlanaraq Voyçex Şensni ilə ehtiyat qapıçı kimi müqavilə imzaladılar. Lakin baş məşqçi Hans-Diter Flik bugünlərdə verdiyi açıqlamada 34 yaşlı polşalıya mövsümün sonuna kimi komandanın əsas qapıçısı kimi güvənmək qərarına gəldiyini açıqlayıb. Bundan sonra Penya və Flikin təkbətək söhbəti olub. Bu söhbət zamanı məşqçi 25 yaşlı ispaniyalıya start heyətində yer qazana bilməyəcəyini bildirib. Mənbənin məlumatına görə, gərgin keçən bu söhbət zamanı tərəflər arasında münaqişə yaşanıb. Qapıçı artıq klubla gələcəyini yenidən nəzərdən keçirir.
İnyaki Penya bu mövsüm 22 matçda iştirak edib, 25 qol buraxıb və 6 matçda qapısını təmiz saxlayıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 09 Fevral 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















