Barselona prezidenti COP29 üçün Bakıya gəlir
Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Bakıya gəlir.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Laporta Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
Laportanın səfəri noyabrın 16-na planlaşdırılıb.
Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçirilir.
Xatırladaq ki, Laportanın 2003-2010-cu illərdə "Barselona"ya rəhbərliyi dövründə komanda dörd dəfə La Liqanı, iki dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka sahiblənib. 2009-cu ildə isə "Barselona" il ərzində altı kubok qazanıb və rekorda imza atıb.
Laporta 2021-ci ilin martın 7-də yenidən "Barselona"nın prezidenti seçilib.
Baxış sayı:109
Bu xəbər 15 Noyabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















