“Barselona” prezidentindən “Real”a sərt ittihamlar
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
“Barselona”nın prezidenti Joan Laporta Madrid “Real”ı ilə münasibətlərin artıq qarşıdurma mərhələsində olduğunu bildirib.
QOL.az xəbər verir ki, klub rəhbəri bu barədə “L’Equipe” nəşrinə açıqlamasında danışıb.
Laporta “Real”la münasibətlərin hazırkı vəziyyətini şərh edərkən tərəflər arasında əvvəlki əlaqələrin qalmadığını vurğulayıb:
“Artıq münasibətlərimiz yoxdur. Hətta deyərdim ki, hazırda qarşıdurma içindəyik. Onlar diqqəti başqa istiqamətə yönəltməyə çalışırlar”.
Hakimlərə qarşı etirazlarla bağlı sualı cavablandıran Laporta “Real”ın bu cəhdlərinin nəticə vermədiyini söyləyib:
“Onlar diqqəti yayındırmaq istəyirlər, amma buna nail ola bilmirlər. “Real” həm institusional səviyyədə, həm də meydanda etimadını itirib. Artıq rəhbər strukturlarda təmsil olunmurlar. Düşünürəm ki, yanlış yol seçiblər və bunun bədəlini ödəyirlər. Çoxlu sayda bahalı futbolçuya pul xərcləyiblər, amma həmin oyunçular gözlənilən nəticələri vermirlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 20 Oktyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















