Barselona rəsmiləri Azərbaycana gəldi (FOTO)
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
İspaniyanın "Barselona" klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfərə gəliblər.
"Report" xəbər verir ki, La Liqa nəhənginin nümayəndələri bu gün öncə "ASK Arena"da olublar.
Arenanın əsas stadionunun durumu ilə tanış olan qonaqlar daha sonra idmançıların yerləşdiyi bazaya, həmçinin stadionun ərazisinə və ətrafına baxış keçiriblər.
Dünya şöhrətli klubun nümayəndələri daha sonra "Liv Bona Dea Arena"ya baş çəkiblər. Qonaqlar futbolçuların yerləşdiyi bazanı ziyarət edib, fitness zalı, paltardəyişmə otaqları və yaradılan şəraitlə tanış olublar.
Hər iki arenaya səfər zamanı qonaqları AFFA nümayəndələri müşayiət ediblər.
Qeyd edək ki, "Barselona" rəsmilərinin səfərinin məqsədi Azərbaycanda Kataloniya təmsilçisinin akademiyasının açılacağı ilə bağlıdır.
Baxış sayı:124
Bu xəbər 31 Mart 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















