Barselona Rodrini Real a keçmək fikrindən daşındırdı SON DURUM
Icma.az, Fanat saytına istinadən bildirir.
"Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini heyətinə cəlb etməyə can atır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Mənbənin məlumatına görə, artıq qarşı tərəflə danışıqlar başlayıb. Konkret, yarımmüdafiəçinin agentləri ilə potensial transfer şərtləri ilə bağlı danışıqlar aparılıb. Rodrinin də "Barselona"nın oyun tərzi və paltardəyişmə otağında rahat adaptasiya olması səbəbindən Kataloniya nəhənginə keçməyə isti yanaşdığı bildirilir. O, burada DÇ-2026-nı qazandığı İspaniya millisindən olan komanda yoldaşları ilə oynamaq istəyir.
"Real Madrid" yarımmüdafiəçi ilə xeyli vaxtdır maraqlanır. Paytaxt klubu 30 yaşlı ispan oyunçuya təxminən 60 milyon avro təklif edir.
Qeyd edək ki, Rodri 2025/2026-cı illər mövsümündə "Mançester Siti"nin heyətində ümumilikdə 33 matça çıxıb və 2 qol ilə yadda qalıb. O, son dünya çempionatının qalibi olmaqla yanaşı, mundialın ən yaxşı oyunçusu seçilib.
Mirağa
Baxış sayı:160
Bu xəbər 06 Avqust 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















