Icma.az
close
up
RU
“Barselona” və La Liqa arasında ter Ştegenin zədəsi ilə bağlı gərginlik

“Barselona” və La Liqa arasında ter Ştegenin zədəsi ilə bağlı gərginlik

Qol.az saytına istinadən Icma.az xəbər verir.

La Liqa “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin zədəsi ilə bağlı təqdim etdiyi tibbi sənədi futbolçunun imzası olmadan qəbul etməyəcək.

QOL.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.

“Barselona” rəhbərliyi ter Ştegenin bu əməliyyatı klubun icazəsi və ya məlumatı olmadan etdirməsindən narazıdır. Alman futbolçu isə klubun La Liqaya onun zədəsi ilə bağlı rəsmi tibbi hesabat göndərməsinə razılıq verməkdən imtina edir.

Bu səbəbdən Kataloniya təmsilçisi almaniyalı oyunçuya qarşı intizam araşdırmasına başlamağı planlaşdırır. "Barselona" hesab edir ki, futbolçunun bu hərəkəti həm idman, həm də maliyyə baxımından kluba ziyan vurur və klubun, oyunçunun razılığı olmadan belə, onun zədəsini La Liqaya təqdim etmək üçün hüquqi əsasları var.

Lakin La Liqa yalnız ter Ştegenin şəxsi razılığı ilə təqdim olunan sənədləri nəzərdən keçirəcək. Səbəb isə İspaniya qanunvericiliyində şəxsi məlumatların qorunması ilə bağlı tələblərdir.

İspaniya Futbolçular Assosiasiyası (AFE) da məsələ ilə bağlı bildirib ki, şəxsi tibbi məlumatların yayılmasına dair qanun hər hansı idman və ya inzibati qaydalardan üstün sayılır. Buna görə də əgər ter Ştegen bu razılığı vermək istəmirsə, buna tam hüququ var. AFE həmçinin “Barselona”nın ona qarşı başladığı intizam işinin hüquqi əsası olmadığını qeyd edib.

Xatırladaq ki, 33 yaşlı alman qolkiper iyulun sonunda belindən əməliyyat olunub və uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Avqust 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri