“Barselona” və “Liverpul” A Seriyasından müdafiəçi uğrunda rəqabətə girə bilər
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İtaliyanın “Atalanta” klubuna məxsus olan sağ cinah müdafiəçisi Marko Palestra Avropanın nəhəng klublarının transfer gündəminə düşüb.
İdman.Biz “Caught Offside”a istinadla xəbər verir ki, 20 yaşlı futbolçu ilə “Barselona” və “Liverpul” yaxından maraqlanır.
Mənbə bildirir ki, Palestranın çıxışları “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” tərəfindən də izlənilir. Bununla yanaşı, İtaliya millisinin üzvü olan gənc müdafiəçi Almaniyanın “Bavariya” və İspaniyanın “Atletiko” klublarının da diqqət mərkəzindədir.
Hazırda Marko Palestra “Kalyari”də icarə əsasında çıxış edir. “Atalanta” futbolçunu tələsmədən inkişaf etdirməyi planlaşdırır və onunla yolları asanlıqla ayırmaq niyyətində deyil. Futbolçunun potensial transfer dəyərinin 35-40 milyon avro (63-74 milyon AZN) aralığında olduğu qeyd olunur.
Cari mövsümdə bütün turnirlər üzrə 14 oyunda meydana çıxan Palestra 3 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 8,5 milyon avro təşkil edir (təxminən 15,6 milyon AZN).
Baxış sayı:49
Bu xəbər 21 Dekabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















