Barselona və Real İngiltərə klubunun mərkəz müdafiəçisi ilə maraqlanır
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
İspaniyanın "Real" və "Barselona" klubları İngiltərə təmsilçisi "Kristal Pelas"da çıxış edən futbolçu Mark Qehi ilə maraqlanır.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı mərkəz müdafiəçi nəhəng komandalarda çıxış etmək üçün müqaviləsinin vaxtından əvvəl ləğv olunmasına hazırdır.
İngiltərəli oyunçu "Real"a keçməyi üstün tutur. Onu heyətə cəlb etmək istəyən klub sözləşmənin ləğvi üçün 50 milyon funt-sterlinq ödəməlidir.
Qeyd edək ki, Mark Qehi cari mövsüm bütün turnirlərdə 43 matçda meydanda olub.
"Cebheinfo.az"

Barselona nın müdafiəçisi İngiltərə yolunda
16 Avqust 2025 15:50
Real İngiltərə millisinin üzvü ilə maraqlanır
03 Mart 2025 17:20
“Beşiktaş” İngiltərə klubunun hücumçusu ilə maraqlanır
01 Yanvar 2025 12:53
Yuventus İngiltərə klubunun futbolçusu ilə maraqlanır
01 Dekabr 2024 19:51

