Barselona ya böyük təklif Ağır yükdən xilas ola bilərlər
Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Barselona"da əsas heyətə düşməkdə çətinlik çəkən Frenki de Yonq karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, "Əl-İttihad" futbolçu üçün "Barselona"ya 50 milyon avro təklif edib. "El Nacional" nəşrinin məlumatıan görə, Kataloniya təmsilçisi təklifi rədd etməyib. Klub yekun qərarını hələlik verməyib. İddialara görə, futbolçu özü klubdan getmək istəməsə də, “Barselona” onun transferinin tərəfdarıdır. Bildirilir ki, futbolçunun yüksək maaşı klubu qane etmir. Frenki de Yonq klubda ən yüksək maaş alan oyunçudur. Futbolçu ildə 20 milyon avrodan çox gəlir əldə edir. Futbolçunun transfer dəyəri 45 milyon avrodur. Transfer reallaşarsa “Barselona” həm 50 milyon gəlir əldə edəcək, həm də futbolçunun 20 milyonluq maaşını ödəməmiş olacaq.
Qeyd edək ki, Frenki de Yonq bu mövsüm "Barselona"nın heyətində 16 oyun keçirib, 1 qola və 1 qolun ötürməsinə imza atıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 22 Yanvar 2025 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















