“Barselona”nın gənc istedadı Belçika və Qana arasında seçim qarşısındadır
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın “Barselona” klubunun gənc futbolçusu Cessi Bisivu milli komanda seçimi ilə bağlı yekun qərarını verməyib.
İdman.Biz “VoetbalPrimeur”a istinadən xəbər verir ki, 18 yaşlı cinah hücumçusu hazırda Belçikanın U-21 millisində çıxış edir, lakin gələcəkdə Qana yığmasını da seçə bilər.
Bisivu ötən yay “Brügge”dən “Barselona”ya təxminən 10 milyon avroya (19.8 milyon AZN) transfer olunub. O, Belçika klubunun əsas komandasında rəsmi oyuna çıxmadan Kataloniya təmsilçisinə keçib.
Futbolçu seçimlə bağlı tələsmədiyini bildirib:
“Hazırda diqqətimi U-21 millisində qarşıdakı üç oyuna yönəltmişəm. Gələcəkdə nə olacağını görəcəyik”.
Belçika millisinin baş məşqçisi Mark van Bommel də gənc futbolçu ilə əlaqə saxlayıb. Bisivunun sözlərinə görə, niderlandlı mütəxəssis onun inkişafını yaxından izlədiyini bildirib.
Qeyd edək ki, Belçikanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində son olaraq Belarusa 1:0 hesabı ilə qalib gəlib. Komandanı 29 sentyabrda Uels, 6 oktyabrda isə Danimarka ilə oyunlar gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 28 Sentyabr 2026 05:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















