“Barselona”nın hücumçusu “Liverpul”da Salahı əvəz edə bilər
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Barselona”nın braziliyalı cinah oyunçusu Rafinya “Liverpul”un diqqətini çəkir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin məlumatına görə, 28 yaşlı futbolçu İngiltərə nəhəngləri tərəfindən müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Məhəmməd Salahın əvəzedicisi kimi nəzərdən keçirilir. İspaniya nəhəngi futbolçunu təxminən 100 milyon avroya sata bilər.
Xatırladaq ki, bu mövsüm braziliyalı hücumçu bütün turnirlərdə 38 matçda iştirak edib, 24 qol vurub və 18 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.
Bir sıra məşhur nəşrlər Rafinha və Salahı bu mövsümün sonunda “Qızıl top”a əsas namizədlər hesab edir.
Baxış sayı:94
Bu xəbər 04 Mart 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















