Barselonanın planı üzə çıxdı: Levandovskinin varisi o olacaq?
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
"Barselona"nın skautları Çempionlar Liqası çərçivəsində "Arsenal"la oyun zamanı "Sportinq"in hücumçusu Viktor Qyökereşə diqqət yetirəcəklər.
Publika.az xəbər verir ki, kataloniya komandası əla mövsüm keçirən isveçli forvardı heyətinə qatmaqda maraqlıdır.
26 yaşlı futbolçu daha əvvəl qış transfer pəncərəsində "Sportinq"i tərk etməyəcəyini açıqlasa da, deyəsən, mövsümün sonunda klubu dəyişəcək. Qyökereşin xidmətində "Mançester Yunayted", "Mançester Siti", "Atletiko Madrid" və "Bayern" də maraqlıdır.
"Sport"un məlumatına görə, "Barsa" Viktorun müqaviləsindəki 100 milyon avroluq sərbəst qalma müddəasına baxmayaraq, onu təxminən 70 milyon avroya ala biləcəyinə inanır. Kataloniya klubu isveçli hücumçunu Robert Levandovskinin varisi kimi görür.
Bununla belə, "Barsa" mövsümün sonunda polşalı ulduzla yolları ayırmaq fikrində olmadığı üçün klub 2025-ci ilin yayında Qyőkerş ilə müqavilə imzalamaq və sonra onu bir mövsümmlük "Sportinq"ə icarəyə vermək istəyir.
İsveç millisinin üzvü daha bir ilini Portuqaliyada keçirmək istəməyə bilər.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 26 Noyabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















