“Barselona”nın prezidenti Frenki de Yonqun narazılığına cavab verib
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Barselona”nın prezidenti Joan Laporta klubun yarımmüdafiəçisi Frenki de Yonqun “Vilyarreal”a qarşı oyunun ABŞ-da oynanılmasına qarşı narazılığına cavab verib.
İdman.Biz bildirir ki, qarşılaşma dekabrın 20-də baş tutmalıdır.
“UEFA və La Liqa bununla razılaşıb. Bizə harada desələr, oynayacağıq. Hər kəsin öz fikri var, mən də buna hörmət edirəm. “Barsa” Mayamidə oynayacaq. ABŞ bizim üçün inkişaf etməkdə olan bazardır və bu, çox vacibdir. Yay turları zamanı bir sıra əməkdaşlıq müqavilələri imzalamışıq. Bu oyun əməkdaşlığımızı gücləndirəcək” – “Sport.es” Laportanın sözlərindən sitat gətirir.
Daha əvvəl İspaniya klublarının ABŞ-dakı matçdan 5-6 milyon avro qazanacağı bildirilib.


