“Barselona”nın sabiq futbolçusu Hansi Fliki tənqid edib
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Barselona” sabiq futbolçusu Cerard Lopes komandanın hazırkı baş məşqçisi Hansi Fliki La Liqada “Sevilya”ya 1:4 hesabı ilə uduzduqları oyundan sonra kəskin tənqid edib.
İdman.biz bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.
Lopesin sözlərinə görə, alman mütəxəssisin tətbiq etdiyi yüksək müdafiə xətti taktikası artıq “intihar xarakteri” daşıyır və çoxdan yenidən gözdən keçirilməlidir.
2000–2005-ci illərdə klubun heyətində çıxış etmiş Lopes bildirib ki, artıq bir ildən çoxdur komandada çalışan Flikin oyun üslubuna rəqiblər uyğunlaşıblar:
“Aydındır ki, “Barselona”nın nəticələri pisləşir. Bu məğlubiyyət müdafiə aspektinin yenidən nəzərdən keçirilməsi üçün bir siqnal ola bilər. İrəli getmək və bunu keyfiyyətlə etmək bir şeydir, intiharvari oynamaq isə tam başqa məsələ. Əgər topa təzyiq göstərilmirsə, komanda geriyə çəkilməyə məcbur qalır. Flik artıq bir il yarımdır işləyir və “Barselona”nı müdafiə taktikasına görə tənqidi qiymətləndirməyin vaxtıdır. Son oyunda pressinq zəif idi, rəqibə isə çox vaxt sərbəst oynamağa imkan verildi”, - deyə Lopes “Catalunya Ràdio”ya açıqlamasında söyləyib.
Qeyd edək ki, “Sevilya”ya məğlubiyyət “Barselona”nın bir həftə ərzində ikinci ardıcıl məğlubiyyətidir. Komanda daha əvvəl Çempionlar Liqasında PSJ-yə evdə uduzmuşdu (1:2).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 Oktyabr 2025 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















